Yaqub Zurufçu
Aşıq Mahnısı (Koroğlu Operası)
[Giriş]
Çünki oldun dəyirmançı
Çağır gəlsin dən, Koroğlu
Verdin Qırı, aldın Dürü
Döy başına, yan, Koroğlu
[Bənd 1]
Balam ey...
Səni gördüm, aşiq oldum
Dərdə saldın canımı
Ala gözlər, dadlı sözlər
Qara qaşlar, işvə, nazlar
Can alan yar tökdü nahaq qanımı
[Keçid]
Gözəlim, gəl halımı sor, rəhm eylə
Nazlı yarım, gülüzarım, işvəkarım, hey!
Nədir əmrin, qəddi rəna dilbərim?
[Nəqərat]
Gecə, gündüz ayrılıqdan
Yandım hicran oduna
Səni görcək, nazlı yarım
Gedər əldən ixtiyarım
Səni görcək, nazlı yarım
Gülüzarım, nazlı dilbərim, hey...
[Bənd 2]
Gərək aşiq yar yolunda
Qalmasın can dərdinə
Ala gözlər, dadlı sözlər
Qara qaşlar, işvə, nazlar
Can alan yar tökdü nahaq qanımı
[Keçid]
Gözəlim, gəl halımı sor, rəhm eylə
Nazlı yarım, gülüzarım, işvəkarım, hey!
Nədir əmrin, qəddi rəna dilbərim?
[Nəqərat]
Gecə, gündüz hey!
Gecə, gündüz ayrılıqdan
Yandım hicran oduna
Səni görcək, nazlı yarım
Gedər əldən ixtiyarım
Səni görcək, nazlı yarım
Gülüzarım, nazlı dilbərim, hey...
[Bənd 3]
Gərək aşiq yar yolunda
Qalmasın can dərdinə
Ala gözlər, dadlı sözlər
Qara qaşlar, işvə, nazlar
Can alan yar tökdü nahaq qanımı
[Çıxış]
Gözəlim, gəl halımı sor, rəhm eylə
Nazlı yarım, gülüzarım, işvəkarım, hey!
Nədir əmrin, qəddi rəna dilbərim?