[Bənd 1]
Araz axar su ilə
Dəstə - dəstə gül ilə
Araz axar su ilə
Dəstə - dəstə gül ilə
Mən yarımı sevirəm
Şirin - şirin dil ilə
Mən yarımı sevirəm
Şirin - şirin dil ilə
[Nəqərat]
Ay Laçın, can Laçın
Mən sənə qurban, Laçın...
Ay Laçın, can Laçın
Mən sənə qurban, Laçın...
[Bənd 2]
Bağçaların barı gül
Yarı qönçə, yarı gül
Bağçaların barı gül
Yarı qönçə, yarı gül
Gec açıldın, tez soldun
Açmayaydın barı, gül
Gec açıldın, tez soldun
Açmayaydın barı, gül
[Nəqərat]
Ay Laçın, can Laçın
Mən sənə qurban, Laçın...
Ay Laçın, can Laçın
Mən sənə qurban, Laçın...