Aygün Kazımova
Sənə Qurban
Pəncərəmi yağış döyür indi
Mən deyirdim ulduzları söndür
Hər an ay sənə qurban
Gəldin çıxsın taleyimə sənsən
Sən mənimçün səmalardan endin
Ümidim qapısını döydün
Hər an ay sənə qurban
Nə olardı, nə olardı olmasaydın sən?

İlk dəfə görüşdə sən demişdin
Necə də olardıq bəxtiyar
Bu gecikmiş qismətə bax indi
Hər zamanın öz taleyi var

Mən yolunu gözləyirdim necə
Mehribandır mənə gündüz gecə
Hər an ay sənə qurban
Nə yaxşı sən mənimləsən
Bir bileydin nə xoşbəxtəm indi
Bütün aləm nura döndü
Hər an ay sənə qurban
Nə olardı, nə olardı olmasaydın sən?

İlk dəfə görüşdə sən demişdin
Necə də olardıq bəxtiyar
Bu gecikmiş qismətə bax indi
Hər zamanın öz taleyi var
Ana qəlbim məhəbbətlə dolu
Onlar mənim gözlərimin nuru
Hər an ay sənə qurban
Nə olardı, nə olardı olmasaydın sən?

İlk dəfə görüşdə sən demişdin
Necə də olardıq bəxtiyar
Bu gecikmiş qismətə bax indi
Hər zamanın öz taleyi var