Yap10
İç Və Ağla
[Bənd 1: YAP10]
Bu qədər qadını bədəl verdim
Dodaq dadına bələdəm
Düşür yadıma bədənin
Yuxularda sayıqladım adına qədər
Bəlkə geri dönüb unudasan olanı, keçəni
Qoyaq 1 ilə qədəm
Ölmüş ümidlər də dirilə gələ
Bu saf vərəqə sözü yazır kirli qələm
Qapı döyülür: “Kimdir gələn?”
Sənsən, amma bu dəfə gözündə sirli nəsə
Elə bil aparıb o məni, yazıram indi qəzəl
Baxıram sənə, amma məni niyə boğur kinli əsəb?
İndi bəzən yaxına gəl, dəysin əlim əllərinə
Bunların hamısı yuxudur, bilirəm, əşi nə isə...
Əsl sevgi budurmu?
Bunu da unudun
Əsası paradır, puludur
Sevgi mənə görə o qədər uludur buluda qədər

[Bənd 2: YAP10]
Bu dəfə də oldu səhv sənin
Şəklin elədi məni sərsəri
Səndən yenə də yoxdur səs-səmir
Amma səni sona qədər sevərəm edib səbir
Bu dəfə də hirsdən soymadım
O vaxtlardan da doymadım
Bəlkə evdəkilər də qoymadı?
Amma sənə mənim yaraşırdı soyadım
[Bənd 3: Meta Brain]
Keçər illər, bəlkə dönmür?
Bəs etməz ki, unudum mən ətrini
Gözlər qəlbin aynası
Ona görə həyatın da qəmlimi?
Bəs etməz bir dəftər səhvləri doldurdum, cırdım, tulladım
Düzü, qalsın səni tərk etsəm bilim ki, qapını özüm mən bağladım
Baxışların indiyə qədər yadımdadır, sanki, son dəfə baxırdın
Sonda anladım ki, orada görsənən dərinlikdə mən batırdım
Bağırdım: “Təslim olma, imkan vermərəm ayırsın kimsə bizi”
Amma anladım ki, saf sevgi hisslərindən qalmayıb heç izi
Üz cizgilərin, təbəssümün həyat verdiyi qədər də qəddardır
Xatirəmdə yaşatdığım son ümidlər var, bəlkə də qayıdardın?
Yaşadardım bir dəfə, bir nəfər nəfər ki, yaşayaq birtəhər
Səni mənə gətirdi bir gecə və ayırdı bir səhər
Yuxusuz günlər, üzüntülər də yoxdur, itib batıb səninlə
Arzuladığımız nə varsa, bir-bir dağıtdın öz əllərinlə
İndi xəyallardır sanki tör-töküntü, görünməyən görüntü
Və bir işıq vardı yollarda getdiyim yollarda
Sən orada göründün...