Yap10
ATA
[Bənd 1]
Hər şeyi zaman alar, amma yara saramaz, atam
Mən ona görə meyl elədim arağa zada
Adım ola bilər amma “yaramaz adam”
Pis ola bilərəm, amma nigaranam, ata, səndən
Pencəyin var bir də köynək əldə
Bir ürəyim var, inan o da göynəyər, gəl
Gör nələr gördüm bölmələrdə!
Bir də bədəndə var döyməm həm də
Verərdi amma mənim atam örnək həm də
Həqiqəti bilib bu həyatı söymək hərdən
Qayıda bilmir axı ölü bədənlər!
Nə olardı ölməyəydin!
Kaş onun ölüsünü mən görməyəydim
Qəbrə qədər gedib dönməyəydim
Mənə niyə yalanı dedilər axı uşaq ikən “atan başqa ölkədədir”?!

[Nəqərat]
Yollar uzaqdır
Oğlunu qucaqla qolları uzadıb
Kimi xoşbəxtliyə dolları sayır
Mənə sən lazım amma bu kinoda rollar qısadır

Yollar uzaqdır
Oğlunu qucaqla qolları uzadıb
Kimi xoşbəxtliyə dolları sayır
Mənə sən lazım amma bu kinoda rollar qısadır
[Bənd 2]
Bu qədər ağır olan həyat kiməsə ola bilər asan amma mənə ağırdır
Bilə-bilə ki, boşunadır bunu eləməyim amma yenə də mən onu çağırdım
Qəbrinə torpağı atana qədər
Qədrini bilmədim o zamana qədər
Ay batana qədər
Atasız uşağa qulaq asıb ağlamaq var yatana qədər
Mən hiss eləmədim yoxluğunu, inan, kruqa qoşulub ot dadana qədər
Sevginin tək qıza qarşı olduğun bilirdim, atama qədər

[Nəqərat]
Yollar uzaqdır
Oğlunu qucaqla qolları uzadıb
Kimi xoşbəxtliyə dolları sayır
Mənə sən lazım amma bu kinoda rollar qısadır

Yollar uzaqdır
Oğlunu qucaqla qolları uzadıb
Kimi xoşbəxtliyə dolları sayır
Mənə sən lazım amma bu kinoda rollar qısadır

Yollar uzaqdır
Oğlunu qucaqla qolları uzadıb
Kimi xoşbəxtliyə dolları sayır
Mənə sən lazım amma bu kinoda rollar qısadır
Yollar uzaqdır
Oğlunu qucaqla qolları uzadıb
Kimi xoşbəxtliyə dolları sayır
Mənə sən lazım amma bu kinoda rollar qısadır