[Nəqərat]
Mən kiməm?
Görəsən, mən kiməm?
İstərəm olum əvvəlki mən
Demək, lazımdır bərkiməm
Amma əzginəm
Hər kiməm, fərqi nə?
Rəssamam, dərziyəm, həkiməm
Məndən mənfilərin tərsinə
Yaxşıları götür əksinə
[Bənd 1]
Deyirdim, mama, mənə vaxt ver
Qazandıracaq məni "Fast Rap"
Məni dinləyəcək ən bahalı prospekt
Bakıda tur atacaq Mustangla master
"Cash"siz təklifə "fuck" de
Həyatım kitabdır, həyatın konspekt
Mənim də vaxtımı alıb kazbek
İndi ürəklə yox, ağılla taraz beyin
Qafiyəm göz önündə, sən hələ də yaz feil
Rep eləməyinin səbəbi - dolsun pastel
Uşaqlığda teatr, konsert
Butulka yığırdım ki, yığım “GTA”da panzer
Nə fərqli, Salam, Namaste?
Vicdanın çürükdürsə, qıldığın namaz deyil
Axırı hamımız o dünyaya transfer
Qaziyə ayrılan pul, ona şans deyil
[Nəqərat]
Mən kiməm?
Görəsən, mən kiməm?
İstərəm olum əvvəlki mən
Demək, lazımdır bərkiməm
Amma əzginəm
Hər kiməm, fərqi nə?
Rəssamam, dərziyəm, həkiməm
Məndən mənfilərin tərsinə
Yaxşıları götür əksinə