ZiqZaq
Hooligan
[Bənd 1]
Əvvəl o qədərdə təhlükəli deyildi
Bəlkə təhlükəli idi, fərqində deyildim
Çox kiçik idim, anlamırdım həyatı
Sonra özümü ayaq üstə saxlayanda anladım ki, böyüdüm
Ah! Zor gedəcək hər işim
Qara-qura işlər çönüb olub həyat vərdişim
Olmasa da doğma, var bir neçə qardaşım
Səbirsizliklə gözləyirik Turalın gəlişini
Bizi polis qovur, biz də onları
Qandalı Molly, Ghetto, Xaos görüb, bir də qollarım
Burdan New-York'dakı Kadero'ya salamlar
Yolunu bilən adam azmaz yollarını (heç vaxt)
O qədər də pis birisi deyilik
Tüfeylidir həyat, amma biz edirik seyri
Düzdür, yaşayırıq qaydasında ömürü
Şükür edirik ki, hələ də ürəyimiz döyünür

[Nəqarət]
Mama, mama, mama, mama
Dediyin hər şey doğru çıxdı
Oğlun oldu xuliqan
Amma, amma, amma, amma
Məni küçə başqa cür tərbiyə eləyib, çətin qorxudan
Bizi xilas edər qara pul, ya tələf ol
Adam var ki ölkəsində hər şey monoton
Öz ağlını işlət, düzgün ol, birtərəf ol
Kimi yeyir xalqın haqqını, eləyir qələt o
Mama, mama, mama, mama
Dediyin hər şey doğru çıxdı
Oğlun oldu xuliqan
Amma, amma, amma, amma
Məni küçə başqa cür tərbiyə eləyib, çətin qorxudan
Bizi xilas edər qara pul, ya tələf ol
Adam var ki ölkəsində hər şey monoton
Öz ağlını işlət, düzgün ol, birtərəf ol
Kimi yeyir xalqın haqqını, eləyir qələt o
[Bənd 2]
Hərə bir cürə yaşayır həyatını
Hərənin özünə görə düzü var
İzi var, min üzü olan adamın
Onun belə son nəfəsdə deyəcək sözü var
Kimi yaxşı, kimi pis qalırsa ağılda
Mən dirəşirəm sona kimi
Yarıdan buraxdığım işlərin də sonu var
Mənim üçün hər şeyin bir sonu var
Mənim bir sonum var
Küçələr dost, küçədə yatanam
Ordan hörmət göndərməzlər çöldə adam satana
Nə də ki ara qatana
Bizim aramızda yeri var o adamın
Dirəşib sona kimi kəlməsinin ağası olub sözünü tutana
İnsan 5 dəqiqə söhbət eləyə bilməz güzgüdə
Özündən utanar, elə bir məqam olar
Orda dilin tutular, sözün qurtarar

[Nəqarət]
Mama, mama, mama, mama
Dediyin hər şey doğru çıxdı
Oğlun oldu xuliqan
Amma, amma, amma, amma
Məni küçə başqa cür tərbiyə eləyib, çətin qorxudan
Bizi xilas edər qara pul, ya tələf ol
Adam var ki ölkəsində hər şey monoton
Öz ağlını işlət, düzgün ol, birtərəf ol
Kimi yeyir xalqın haqqını, eləyir qələt o
Mama, mama, mama, mama
Dediyin hər şey doğru çıxdı
Oğlun oldu xuliqan
Amma, amma, amma, amma
Məni küçə başqa cür tərbiyə еləyib, çətin qorxudan
Bizi xilas edər qara pul, ya tələf ol
Adam var ki ölkəsində hər şey monoton
Öz ağlını işlət, düzgün ol, birtərəf ol
Kimi yeyir xalqın haqqını, еləyir qələt o