Orkhan Zeynalli
H.O.S.T Silləsi
[Bənd 1: AiD]
Sözümü tut, bəlkə tapdın özünü orada
Gözünü yum, yumşaq oldu bəlkə hər bir hərəkət onda
Gizlənim, düş dalımca, həyat prinsipində qalıb cəmiyyət
Hisslərim içində sevgi indi dönüb olub nifrət

Parçala və hökm sür - adi fəlsəfə
Demirəm çox şeyi ki, birdən səs yayılar hər tərəfə
Qulaqlar açıqda şayiələr, hər kəs həvəskar
Bir gün eşitməzsə şayiə, qorxur, qulaq olar kar

Boş cəmiyyət, dol bir az, xoş gəldik, gül bir az
Sən hələ yat, avaralan, boş arzular qur bir az
Biz hələ ki çox ilişəcəyik və ilişdikcə zövq alırıq
Sənsə say öz yerində, öz əlinlə gorunu qaz

Sizin həyata baxıb nifrət edirəm mən kainata
Nə qədər olar?! "Ev-iş, iş-ev-çayxana"
Ciblərdə pul artdıqca xərcləyirsiniz sağa-sola
İnflyasiya! Tək çıxış yolunuz qumarxana

[Nəqərat: Qaraqan]
Tərbiyəsiz cəmiyyətə H.O.S.T şilləsi
Hələ çox qalacaq izi üzünüzdə
Düz söz güzgüsü nəyi göstərir?
Onu çatlatmayın, səhv özünüzdə
Tərbiyəsiz cəmiyyətə H.O.S.T şilləsi
Hələ çox qalacaq izi üzünüzdə
Düz söz güzgüsü nəyi göstərir?
Onu çatlatmayın, səhv özünüzdə

[Bənd 2: AiD]
Tərbiyəli bir ailə baxır tərbiyəsiz seriala
Tərbiyəli qız meyl edir tərbiyəsiz paltara
Tərbiyədən məsləhət verən tərbiyəsiz müğənni
Bu otağa səhv girmisiniz, burada keçir H.O.S.T-un əmri

İsti-isti döyün dəmiri, bu cəmiyyətin dünəni bəlli
Kimin dərdi sanki dəvədir, kimin dərdi sətirlərdir
H.O.S.T-un hədəfi şillə vurub sırğa olmaq qulaqlarda
Qeyrət üstdə dava düşür, tərbiyəsiz ''disco bar''da

Ağızlarda saqqız əvəzi eyni mövzu çeynənir
Əvvəlcə gizlənir, bir az keçir iylənir
Üstü açılır hər zibilin, sonra da gileylənir
Şardır cəmiyyət, içi də boşdur, H.O.S.T batıracaq iynəni

Biz gəlirik dəyişməyə, bunu eşidib qorxdunuz
Çox vaxt bizi səhv başa düşüb əməlləri də yozdunuz
Yüz maneə qursanız da, H.O.S.T dəhlizi sonsuz
Tərbiyəli bir cəmiyyət var idi (Onu da siz pozdunuz!)
[Nəqərat: Qaraqan]
Tərbiyəsiz cəmiyyətə H.O.S.T şilləsi
Hələ çox qalacaq izi üzünüzdə
Düz söz güzgüsü nəyi göstərir?
Onu çatlatmayın, səhv özünüzdə

Tərbiyəsiz cəmiyyətə H.O.S.T şilləsi
Hələ çox qalacaq izi üzünüzdə
Düz söz güzgüsü nəyi göstərir?
Onu çatlatmayın, səhv özünüzdə

[Bənd 3: AiD]
''Hummer''də gəzən də indi deyingəndir zəmanədən
Ən öndə gedən də indi tez-tez dönür əqidədən
Əsl üzümüzü gizlətmədən tənqidimizi yağdıraraq
Guya ki bizdən açıq çıxdınız plakatlarımızı cıraraq

Biz duraq yol ayırıcında, zəhər qılıncın ən ucunda
İnsanların sancarıq biz döyünməyən ürəyindən
Kimlərsə öz dirəyindən yapışmışdı biləyiylə
Dünya əlini üzməyibdir H.O.S.T adlı köməyindən

Nəfəs alma, saxla, gözlərində qalsın eyni an
Pərdə qəribə mənzərələri gizlədibdir, budur yandıran
Həvəsə döndü bir il əvvəl əyləncəli bir təkan
Misralarımız ürək bağçasında zəhərli bir tikan
Dağıt yuvanı, dünəni qatla, yaddaşında zamanı atla
Acı həqiqəti de zarafatla, öz yolunda döngə ol
Ya sən bugünkü gün dərdlərinin bir düşməni
Ya da ki, qal, əbədi qal, kiminçünsə adi kölgə ol

[Nəqərat: Qaraqan]
Tərbiyəsiz cəmiyyətə H.O.S.T şilləsi
Hələ çox qalacaq izi üzünüzdə
Düz söz güzgüsü nəyi göstərir?
Onu çatlatmayın, səhv özünüzdə

Tərbiyəsiz cəmiyyətə H.O.S.T şilləsi
Hələ çox qalacaq izi üzünüzdə
Düz söz güzgüsü nəyi göstərir?
Onu çatlatmayın, səhv özünüzdə

Tərbiyəsiz cəmiyyətə H.O.S.T şilləsi
Hələ çox qalacaq izi üzünüzdə