Hopsin - Heather Nicole (Azərbaycanca tərcümə) lyrics

Genius Azərbaycan Tərcümə

[Verse 1]
Gecənin zülmətində pəncərəmdə siluetivi görürəm
Hönkür-hönkür ağlayıram, bax, balışım necə yamyaşdır
Bütün günüm kədər içində keçir, demək olar ki heç gülümsəmirəm
Və sən gedəndən bəri hər şey necə də dəyişdi
Qabağımda üzüvü canlandırıram və onu bərk-bərk qucaqlayıram
Bu xəyali görüntünü öpüb ona xatirələrimizi xatırladıram
Kimlərəsə dərdimi demək mən üçün çox çətindir, ona görə başqasıyla yox, özümlə danışıram
Kimlərsə kilsəyə getməyimi və psixoloji müalicə almağımı məsləhət görür
Amma mənim axmaqcasına olan yalanlarımdan xəbərləri yoxdur
Səndə travmaya səbəb olan o vaxtlarda sənə düzələcəyimi dedim, buna and içdim amma əməl etmədim
Ağlamamağa çalışıram amma üzr istəmədiyim üçün çox pis hiss edirəm
Çətin də olsa bunu deməyə davam edəcəm
Mən öz ruhumu satdım, siz belə etməyin
O qıza elədiyim şeylərə görə mənə həbs düşür
Məni cəhənnəm çuxurunun dibinə basdırın və zınqrovlar çalınanadək çıxarmayın

[Pre-Hook]
Dedi ki "məni heç sevmədin
Sadəcə nəzarət etdin
Əgər səni ətrafımda görsəm polis çağıracam"
Amma demək istədiyim tək şey kədərli olduğumdur
Kaş ki, üzr istəyə bilsəydim...

[Hook]
Sən getdin, yoxsan artıq və heç vaxt kədərli olduğumu bilməyəcəksən
Çıx artıq ağlımdan, rahat burax məni, kaş ki sənə deyə bilsəydim...
Sən getdin, yoxsan artıq və heç vaxt kədərli olduğumu bilməyəcəksən
Çıx artıq ağlımdan, rahat burax məni, kaş ki sənə deyə bilsəydim...
[Verse 2]
Unutmaq çox çətindir, qəlbim daş kimidir
Özümə deyirəm ki, "Marcus, bundan daha ağıllı olduğunu zənn eləmişdim"
Sənə etdiyim şeylər Pearl Harbor'dan daha pisdir
Sənə davamlı olaraq xətər yetirirdim
Psixologiyavı sikib atmışdım
Mübahisə edəndə əsəbləşib sənə "qancıq" demək cəsarətinə sahib olurdum
Hətta bir dəfə şifoneri başıva uçurdub səni yaralamışdım
Mənim Cülyettam? O vaxtlar onun sən olduğunu düşünmüşdüm
Artıq bilirəm, lakin, sən çoxdan getmisən, bu səbəbdən, sənə verə biləcəyim tək şey bu mahnıdır
Bu mahnıyla tökürəm içimdəkiləri
Və bütün dünyaya, həyatıma girən qadınlara heç hörmət etmədiyimi vurğulayıram
İntiqam hissinə dava başlatmaq üçün bir bıçaq kimi baxırdım və əgər məntiqsiz davrandığımı düşünürsənsə, haqlısan
İndi yazdığım hər sətri iki dəfə düşünüb yazıram ki sonra peşman olmayım
Çünki bu tənhalığımın günahkar ağlımdakı yalanları sadəcə stress verir
Poxdan bir qarışıqlıq içindəyəm, bir yerə bağlayın məni
Hə, mənim hekayələrim belədir, ancaq kədər verir, həyatıma xoş gəlmisiz!

[Pre-Hook]
Dedi ki "məni heç sevmədin
Sadəcə nəzarət etdin
Əgər səni ətrafımda görsəm polis çağıracam"
Amma demək istədiyim tək şey kədərli olduğumdur
Kaş ki, üzr istəyə bilsəydim...

[Hook]
Sən getdin, yoxsan artıq və heç vaxt kədərli olduğumu bilməyəcəksən
Çıx artıq ağlımdan, rahat burax məni, kaş ki sənə deyə bilsəydim...
Sən getdin, yoxsan artıq və heç vaxt kədərli olduğumu bilməyəcəksən
Çıx artıq ağlımdan, rahat burax məni, kaş ki sənə deyə bilsəydim...
[Verse 3]
Qadınlara qarşı şiddət problemi olan kişilərə səslənirəm; belə olmaq məcburiyyətində deyilsiz
Bu mahnımı dinləyib dərs alın
Elədiyim səfil hərəkətlər ürək ağrıdır, baxın indi necə peşmanam
Onun yanına gedə bilmirəm, getsəm də yəqin məni tutzdurar
Edə bildiyim tək şey demək istədiklərimdən ibarət bir mahnı yazmaq
Və onun bu mahnını dinləyib pis olmasına ümid etməkdir
Heç vaxt o tipli oğlanlardan olmaq istəməmişdim amma olmuşdum
Bunu indi fərq edirəm, ona görə həyatıma yeni bir xətt çəkirəm
Bunları düşünərkən ağlıya bilərəm
Və bəzən, etdiklərimi dostlarımdan gizlədirəm
Yeni bir ruh üçün müraciət etməliyəm çünki mənim ruhum artıq çöküb
Kimsə mənə öləndə təhlükəsizlikdə olacağımı dedi amma bundan şübhəliyəm
Mənə bəslədiyi kin, şiddətli şəkildə ürəyimi sıxır
Yanıma gəlməyəcək, zamanın yaraları sağaltdığını düşünmüşdüm amma ki
Çox yalnız və yorğunam, məni yaxşılaşdırması üçün mahnılar yazıram
And içirəm ki çox üzgünəm
Heather, bunu içdən deyirəm...

[Pre-Hook]
Dedi ki "məni heç sevmədin
Sadəcə nəzarət etdin
Əgər səni ətrafımda görsəm polis çağıracam"
Amma demək istədiyim tək şey kədərli olduğumdur
Kaş ki, üzr istəyə bilsəydim...
[Hook]
Sən getdin, yoxsan artıq və heç vaxt kədərli olduğumu bilməyəcəksən
Çıx artıq ağlımdan, rahat burax məni, kaş ki sənə deyə bilsəydim...
Sən getdin, yoxsan artıq və heç vaxt kədərli olduğumu bilməyəcəksən
Çıx artıq ağlımdan, rahat burax məni, kaş ki sənə deyə bilsəydim...

Think your friends would be interested? Share this lyrics!

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #

Contact Us DMCA Policy Privacy Policy
Copyright © 2013-2021 Lyrics.lol