Uran
Dua
[Giriş]
Və-və-və o qərara gəldi ki, du-du-duasını oxusun (Dua)
Bu onun nəticəsi idi, o, dua oxumaq istəyirdi (Dua, dua)

[1-ci hissə]
Qulağım dolub, kir bağlayıb, bağla TV-ni, kiri!
Kasıb həyatını anlamayan biri uzatmaz fağıra əlini
Mənsəbi məlum, mənbəyi mənfur, məqsədli mamır
Rəhmətliyin nəvəsi, xalqa xidmət edəndə axı nə olur?
Savadlı mayalı xəmirdən yoğrular savadlı, ziyalı
Savadsız qoyduğun komunnadansa gəzməlisən aralı
Nə hüququn bilmir, özü vəzifə xaltasında, sifəti balta!
Az maaş belçün nalça, başçünn yastıq - alçaq halda
Aldanma, ayıq ol! Qoyun yerinə qoyulduğun azmış
Azğınlaşmış cəsarət ədalətin həddini, yolunu azmış
Dəmir barmaqlarda saxlanılan həqiqət eşqi bəraətsiz
Etiraz ilanına zəhər verən, onu yaradan şərait - siz!
İnstinkt! Təsirə bərabər pressinq, zəncirə bükülmüş əl
Mübarizə - qandalı əridən, qanı qaynadan birinci təməl
Əriyən dəmir qılınca çevrilər, devrilər “devrimsizlik”
Bunu isə mühit yaradar, bu nə bizlik, nə də ki, sizlik


[Nəqarət]
Allah, kömək ol bizə
Dizimizə qüvvə ver, əzilsək də, yıxılmayıb qalaq ayaq üstə
Allah, kömək ol bizə
Aşağıları şükürlü et, eyni zamanda ədalətli olsun üstlər
Allah, kömək ol bizə
İradəmizi möhkəmlət, çarəsiz insanlar etməsinlər intihar
Allah, kömək ol bizə
Sağlam düşüncə ver, sıxıntılar gətirməsin ömürə son bahar
[2-ci hissə]
Şeytan yaşadığım ölkədə məskən salıb
Halım tez-tez dəyişir, nə qədər nifrət paylayar zalım?
İmkanımız olsa, çoxu biri-birini diri-diri yeyər
İmkanımız olsa, birini susdurarıq, qalanları deyər
Əsəbi külək dövrə vurur məmləkətdə zaman boyu
Qaçıb süfrədən bərəkət də, amma insan doymur
Hər şeyin ən yaxşısı, qızılı rəngdə üfunət
Tapılan dəfinə dəfnə aparır acgözü, sonu səfalət
Qusacaq ya övladı, ya özü haram yeyənin
Gözü doymayanın gözü həmişə düşər halal yeyənə
“Ə, haradandır onda pul? Tez alın əlindən!
Hamısı mənim olmalı! Yükləyin onun belindən!”
İlahi, bilmirəm səbir diləyim səndən, yaxud artıq vaxtı çatıb
Səbir kasasına çox səbir atdıq?
Sülh istəyən azadlıq aşiqinin dərisini duzlayıb
Zəmanə dirənib, sinirlərimi dartıb, tarazalayıb

[Nəqarət]
Allah, kömək ol bizə
Dizimizə qüvvə ver, əzilsək də, yıxılmayıb qalaq ayaq üstə
Allah, kömək ol bizə
Aşağıları şükürlü et, eyni zamanda ədalətli olsun üstlər
Allah, kömək ol bizə
İradəmizi möhkəmlət, çarəsiz insanlar etməsinlər intihar
Allah, kömək ol bizə
Sağlam düşüncə ver, sıxıntılar gətirməsin ömürə son bahar
[3-cü hissə]
Yalanı və doğrunu ayıra bilək qaynar qazanda (Kömək et!)
Ədalət dilə gəlsin onu basdırdığımız məzardan (Kömək et!)
Övladlarımız, böyüyən yeni nəsil
Etdiyimiz səhvləri etməsin və düşmənə yenilməsin
Savadsıza təhsil, qorxağa cəsarət, kasıba çörək
Yaradıcı insana ”göz” ver ki, ancaq həqiqəti göstərək (Kömək et!)
Ədəbazlığa və avamlığa qalib gələk
Hidayət ver ”haqqın dərgahı” adı ilə gəlməsinlər kələk
Bərabərlik carçılarının acı taleyini şirin et (Kömək et!)
Dayaz qazılmış düşüncəni dərin et
Evdən uzaq düşən atalar evə əliboş dönməsin (Kömək et)
Övlad valideynin göz yaşlarını görməsin
Maddiyatın hakim olduğu bir zəmanədə insanlar imandan qaçmasın
Qoy qaçsınlar xəyanətdən
Beyinlərə kömək ol, səni axtarsınlar
Mənə də kömək ol, Tanrım, kömək etdiklərinin sırasında

[Nəqarət]
Allah, kömək ol bizə
Dizimizə qüvvə ver, əzilsək də, yıxılmayıb qalaq ayaq üstə
Allah, kömək ol bizə
Aşağıları şükürlü et, eyni zamanda ədalətli olsun üstlər
Allah, kömək ol bizə
İradəmizi möhkəmlət, çarəsiz insanlar etməsinlər intihar
Allah, kömək ol bizə
Sağlam düşüncə ver, sıxıntılar gətirməsin ömürə son bahar
Allah, kömək ol bizə
[Sonluq]
Dua!