Uran
Oğlan Ol
[Keçid]
Oğlan ol, hərəkətlərinə fikir ver
Əsl oğlanlar üçün bu cəmiyyətdə daima vardır yer
Caspian Clan, Uran

[Bənd 1]
Oğlan var, üzünə tüpürməmiş heç kəs getməyib
Oğlan guya qabağından yeməyib
Döymüyüb zəifin, öyməyib özün
İçib açarın itirir, arxasında dura bilmir dediyi sözün

Üzün-gözün görürsən “natural подош”
Belələrinə “чмо” həyatı daha xoş
Belələrinin üstü dolu, içi boş
Belələri daima olub “понтовый круг”-a qabırğa, “галош”

Sabunun markası naməlum, çox sürüşkən
“Разборка”-da ayıran varsa, olur döyüşkən
Məhlədə heç kəs onu adam yerinə qoymur
Doymur “контовка”, kontur yüklənir sonsuz, uymur

İnstitut oxuyur, ali savad qazanır
Sevdiyi qızla, az qala bulvarda “скамья”-da uzanır
Əlində “мобильный” fırlanır, “Молоканка”, “Торговый”
Bizim oğlan özün hesab edir yaman “pantovı”
“Тусовый” party-də hərəkətləri çox “рисовый”
Avtoda əli qızın dizində, qaqaş “тузовый”
“Толковый” aparır söhbət, tökür ət, mərifət yox
Yox qanacaq, beləsi çətin oğlan olacaq

[Nəqarət]
Oğlan ol, hərəkətlərinə fikir ver
Çünki, əsl oğlanlar üçün bu cəmiyyətdə
Daima vardır yer
Oğlan ol, yüz ölç, bir biç
Bundan sonra qarşında olan badədən şərab iç

Oğlan ol, hərəkətlərinə fikir ver
Çünki, əsl oğlanlar üçün bu cəmiyyətdə
Daima vardır yer
Oğlan ol, yüz ölç, bir biç
Bundan sonra qarşında olan badədən şərab iç

[Bənd 2]
Oğlan var, cibində 500 çətin taparsan
Amma, onunla 3-4 “куплет”lik söhbət apararsan
Axtararsan sözündə məna, sadəcə utanarsan
Həyatın nə olduğunu bircə cümləsindən qanarsan

Yanarsan biləndə qaqaş valideynlərin tez itirib
O küçə məktəbin bitirib, hörmət edib
Böyük-kiçik tanıyıb, az sürətlə çox gedib
Sözü üzə deyib, yaxanları sındırıb, əyib
Geyib sadə paltar, “заправка”-da işləyib
Əziyyətlə pul qazanıb
Ağsaqqal gələndə siqareti gizlədib, utanıb
“Круг”da söhbətə görə can qoyub, söhbət aparıb
Əliuzunluq etməyib, gözü doyub

Heç kəsi “багаж”-a qoymayıb
Oğurluq etməyib, cib soymayıb
Sadəcə olduğu kimi qalıb
Alıb kiçik bacısın uşaq əlindən, böyüdüb
12 yaşı olanda həyat onun uşaqlığını üyüdüb

Bacısın yaşa-ərsə çatdırıb, onu dərsə çatdırıb
Gecə-gündüz işləyib, pul yığıb qara günə
Önə baxıb, geriyə baxmadan dura bilməzdi
Bacısına sataşan o əclafa bıçağı soxmadan

Basdılar içəri, həri, namus ona çox vacib
Vacib deyil olsun dolu cib, və ya boş cib
Xoşdur dib, qaranlıq olsa da təmiz
Bu tip oğlanlar özlərindən sonra daima qoyurlar iz

[Nəqarət]
Oğlan ol, hərəkətlərinə fikir ver
Çünki, əsl oğlanlar üçün bu cəmiyyətdə
Daima vardır yer
Oğlan ol, yüz ölç, bir biç
Bundan sonra qarşında olan badədən şərab iç
Oğlan ol, hərəkətlərinə fikir ver
Çünki, əsl oğlanlar üçün bu cəmiyyətdə
Daima vardır yer
Oğlan ol, yüz ölç, bir biç
Bundan sonra qarşında olan badədən şərab iç

[Bənd 3]
Pulla çox şey satılır müasir bazarda
Satılır oğlan geyimi, silah, hətta məzar da
Oğlan ayaqqabısından tutmuş, oğlan köynəyinə qədər
Bir qədər asan zahirən oğlan olmaq, amma zəhmət hədər gedər

Qaqaş avtoda vid-fason, salamlaşmağı, mimikası
Danışığı “фармазон”, özündən çox razı
Basır qazı, ötürür qızı məhləsinə kimi
Çıxıb dönərkən tini bir oğlan maşına əl uzadır

Avto dayanır - ”Шампунчик” xeyir ola qızı ötürüsən?”
“Рисовка” oyanır, quş bişir, lox çıxarırlar
Nə isə, buraxırlar
“Беспонтовый” qaşqaldağın “зеркальный” nömrəsinə baxırlar

Yəni zahirən oğlan çoxdur, heyif ki, zahirən
Heyif ki, hər qaqaş olmur bunu daxilən bildirən
Kimə söz girən, kimə söyüş girən, kimə yumruq
Bax belə yavaş-yavaş ətrafımızı qururuq

Razıyam hərdən, hörmət sahibi olmayan birisi, ikisi
Yuxarıdan gəzir, yuxarıdan gəlir səsi
“Грехlər”lərin gizlədib, artıq “грев” yığırlar
Pulla çox dərmə-deşiyi bağlayıb, boğurlar

Amma beləsinin xəmiri onsuz da pis yoğrulub
Boyun şişib, cib dolub, oğlan olmayıb
Vurmayıb üzünə söyənin üzünə söyüşü, büzüşüb
Dil topuq vurub, ağzı bağlanıb, ilişib

[Nəqarət]
Oğlan ol, hərəkətlərinə fikir ver
Çünki, əsl oğlanlar üçün bu cəmiyyətdə
Daima vardır yer
Oğlan ol, yüz ölç, bir biç
Bundan sonra qarşında olan badədən şərab iç

Oğlan ol, hərəkətlərinə fikir ver
Çünki, əsl oğlanlar üçün bu cəmiyyətdə
Daima vardır yer
Oğlan ol, yüz ölç, bir biç
Bundan sonra qarşında olan badədən şərab iç