Uran
D b d b m
(nəqarət)

Dabadabam, dabadabam!
Belə deyir hər bir adam
Söhbəti boş - tələbi var
Oxşar olsun, dabadabam!


Məna cılız. Mənaya sox
Başı saman, ala, içinə pox
Pullu oğlan, özü yaman
Ağzı yalaq bunun, dabadabam!

(1-ci hissə)

Nəyi də olmasa geyimi zor
Televizor yuyub, beyini tor
Nəsə “nito” bunun əsəri - “fu”
Xəsarət qulağa, içərin yu

Keçən bu və ötən il o
Yadımda qalmır hər ötən kino;
Kimdə bir atımlıq, kimdə iki
Kimdə şokolad, kim “Kinder” içi

Gündəm içi olur kündə kiçik
Ala, klip-halı elə bil gündə içir
Kəsici dişi işə salıb kişi
Yekə tikə qoparır iki trekə
Sökə-sökə, aşırı ədalı
Yenə təki səsli, sadalı
Qalxsın pikə, ala, dəsmal alın
Elə bil ki, bahalı malı, zalım

Necə küçədə silsilə qatil
Eləcə qulaqda musiqi qatı ünvana çatır
Vəzni əzik yazı tərtibatlı
Çox kul təqtimatla

Soxdun, getdi altdan
Vyusu qalxdı milyon
Mətni avto, yaxta, minyon
Məntiq axmaq, mənə də yaxma

Nəyimə gərək nisyə villa saxta
Varsa doğma daxma, sağlam saxla
Repdə dalğam on beş ildə qurub nadir şahlıq
Caspian Clan’ın son beşiyi vurub tək nişanla!
Tərkibi pançlı şanlı rep-məsəllər altda böyüyər sərt nəsillər!

(nəqarət)

Dabadabam, dabadabam!
Belə deyir hər bir adam
Söhbəti boş - tələbi var
Oxşar olsun, dabadabam!
Məna cılız. Mənaya sox
Başı saman, ala, içinə pox
Pullu oğlan, özü yaman
Ağzı yalaq bunun, dabadabam!

(2-ci hissə)

Bir var zövqə görə, bir var mövqeyə görə səni sevməsinlər
Dollar kimi ol ki, olmayanda krizis vursun təpəsindən
Beləliklə, xanımlar, cənablar, deyin şablonlar tərpənsinlər
Radioaktiv təhlükə qayıdır təkrar AzRepin cərgəsinə...

Dinləyici gözləyir kambəki
Necə tərgidən tənbəki - oturub yanpəki
Könlü rep istər, küçəyə qan çəkir
Yol çəkim parça, bitlə - dalımca gəl!


Deyil sonuncu film batınca gün
Sonu zibil başlayanda onu zibil
Bazar olmasa birinci gün
Cırıq cibim; qafiyyə tökülüb yolda

Qırıq ipim; qoyuya düşmədim zorla!
Belə repim beynimdə bişmədi zorla!
Səlist olub əksinə işlədi zona
Nəfəs alan hər bir saniyə uzandı
Qəliz halın sətrə bəxşi fəzalar
Pəhriz olan qulaqlardan uzaqdır
Qınaqdan azad olan hər şey azaddır?
Ya tənqidsiz dünya özü bir təzaddır?

(keçid)

“Uraaan, bəsdir görüm
Sənə təqaüd artıq təsdiq olub
Fanboy’un, fangirl’un yoxdur sənin
Ala, məsləhət reklama pul - düzələr.”

“Hey, repin filosofu!
Başını burax gəl dəlisov ol
Parisdə qal, repin kariesi var
Uzaqda yaşayan rep dayısı ol!”

(nəqarət)

Dabadabam, dabadabam
Belə deyir hər bir adam
Söhbəti boş - tələbi var
Oxşar olsun, dabadabam


Məna cılız. Mənaya sox
Başını saman, ala, içinə pox
Pullu oğlan, özü yaman
Ağzı yalaq bunun, dabadabam!

Dabadabam, dabadabam…

Hə, yenə dе!

Anbar emalatxanasından bir başa sizin beyin məxbəxinizə!