Welcome to MyBunny.TV - Your Gateway to Unlimited Entertainment!

Enjoy 6,000+ Premium HD Channels, thousands of movies & series, and experience lightning-fast instant activation.
Reliable, stable, and built for the ultimate streaming experience - no hassles, just entertainment!

MyBunny.TV – Cheaper Than Cable • Up to 35% Off Yearly Plans • All NFL, ESPN, PPV Events Included 🐰

Join the fastest growing IPTV community today and discover why everyone is switching to MyBunny.TV!

Start Watching Now
Faiq Ağayev
Mənimləsən

[Bənd 1]
Talehin yazısı yəqin beləydi
Sənsizlik qapını döydü xəbərsiz...
Kaş bütün gedənlər geri dönəydi
Bilirsənmi necə darıxdım sənsiz?

[Keçid]
Hər zaman ürəyim sənlə danışır
Sənli xatirələr yaşadır məni
Sönməyən ocağın közü alışır
Bir möcüzə kimi gözlərəm səni

[Nəqarət]
Dön, gəl sənsiz qalan bu ömrümə
Dön, gəl, əgər dönə bilsən...
Dünyamız ayrı olsa belə
Elə bilirəm ki, dönəcəksən...

[Bənd 2]
Yazını pozmağa gücüm yetmir heç
Sənsiz ötən günlər – qəmli sınağım...
Bu hicran, bu həsrət çıxıb getmir heç
Səninlə yanırdı ömür çırağım

[Keçid]
Hər zaman ürəyim sənlə danışır
Sənli xatirələr yaşadır məni
Sönməyən ocağın közü alışır
Bir möcüzə kimi gözlərəm səni
[Nəqarət]
Dön, gəl sənsiz qalan bu ömrümə
Dön, gəl, əgər dönə bilsən...
Dünyamız ayrı olsa belə
Elə bilirəm ki, dönəcəksən...

Dön, gəl sənsiz qalan bu ömrümə
Dön, gəl, əgər dönə bilsən...
Dünyamız ayrı olsa belə
Qəlbim səninlədir, mənimləsən...
Mənimləsən...