Flora Kərimova
Sular Qızı

[Bənd 1]
Bu sahilə gəmi gələr
Dövrəsində gur dalğalar
Bu sahildən gəmi gedər
Başı üstə qağayılar

[Nəqərat]
Sular qızı sona Şövkət
Göy ümmanlar şturmanı
Unudarmı ana vətən
Sənin kimi kapitanı?

[Bənd 2]
Ömrün hünər nəğməsimi
Ləpələrin dodağında?
Adın şöhrət ulduzumu
Yanar sular qucağında?

[Nəqərat]
Sular qızı sona Şövkət
Göy ümmanlar şturmanı
Unudarmı aylar, illər
Sənin kimi kapitanı?

Unudarmı ana Vətən
Sənin kimi kapitanı?
[Çıxış]
Sular qızı...
Sular qızı...
Sular qızı...