Flora Kərimova
Tıq-Tıq Xanım

[Bənd 1]
Sürmə çəkdim gözümə
Düşdüm çölün düzünə
Dost gəzirəm özümə
Dost, gəl, haradasan?
Tez gəl, haradasan?
Tıq-tıq, tıq-tıq

Dost, gəl, haradasan?
Tez gəl, haradasan?
Tıq-tıq, tıq-tıq

[Bənd 2]
Baxdım, baxdım güzgüyə
Baxdım, baxdım özgəyə
Qorxdum, qorxdum, göz dəyə
Ah, gözələm mən
Bax gözələm mən
Tıq-tıq, tıq-tıq

Ah, gözələm mən
Bax gözələm mən
Tıq-tıq, tıq-tıq

[Bənd 3]
Sürmə çəkdim gözümə
Düşdüm çölün düzünə
Dost gəzirəm özümə
Dost, gəl, haradasan?
Tez gəl, haradasan?
Tıq-tıq, tıq-tıq
Dost, gəl, haradasan?
Tez gəl, haradasan?
Tıq-tıq, tıq-tıq