Flora Kərimova
Könlüm Səni Soraqlar

[Bənd 1]
Yarpağa çalar güllər, bağçalar
Ağaclar yerə səpər ağ çalar
Mən səni gördüm, qışım yaz oldu
Baharda sevgi payım az oldu

[Nəqərat]
Gəl-gəl deyə bulaqlar
Sənin adını çağlar
Könlüm səni soraqlar

Gəl-gəl deyə bulaqlar
Sənin adını çağlar
Könlüm səni soraqlar

[Bənd 2]
Bahar bu gün də qəlbə yol salar
Səndə bir bahar, məndə bir bahar
Könlüm sevginlə çiçək-çiçəkdir
Sevginin özü bahar deməkdir

[Nəqərat]
Gəl-gəl deyə bulaqlar
Sənin adını çağlar
Könlüm səni soraqlar
Gəl-gəl deyə bulaqlar
Sənin adını çağlar
Könlüm səni soraqlar
Könlüm səni soraqlar
Könlüm səni soraqlar