Flora Kərimova
Qarabağ

[Bənd 1]
Qarabağın dərdi var
Dərdinə qurban olum
Qayım-qədim yurdu var
Yurduna qurban olum

[Keçid]
Əsir düşüb binəsi
Paralanıb sinəsi
Yiyəsi yox dinəsi
Dilinə qurban olub

Əsir düşüb binəsi
Paralanıb sinəsi
Yiyəsi yox dinəsi
Dilinə qurban olub

[Nəqərat]
Torpağına qurban olum
Ocağına qurban olum
Sularına qurban olum
Göz yaşına qurban olum

Torpağına qurban olum
Ocağına qurban olum
Sularına qurban olum
Göz yaşına qurban olum
[Bənd 2]
Qarabağın bağrı qan
Ruhlar düşkün, sərgərdan
Umurlar bizdən aman
Ruhlara qurban olum

[Keçid]
Əsir düşüb binəsi
Paralanıb sinəsi
Yiyəsi yox dinəsi
Dilinizə qurban olub

[Nəqərat]
Torpağına qurban olum
Ocağına qurban olum
Sularına qurban olum
Göz yaşına qurban olum

Torpağına qurban olum
Sularına qurban olum
Ocağına qurban olum
Göz yaşına qurban olum

[Çıxış]
Torpağıma qurban olum
Qarabağıma qurban, qurban olum