Welcome to MyBunny.TV - Your Gateway to Unlimited Entertainment!

Enjoy 6,000+ Premium HD Channels, thousands of movies & series, and experience lightning-fast instant activation.
Reliable, stable, and built for the ultimate streaming experience - no hassles, just entertainment!

MyBunny.TV – Cheaper Than Cable • Up to 35% Off Yearly Plans • All NFL, ESPN, PPV Events Included 🐰

Join the fastest growing IPTV community today and discover why everyone is switching to MyBunny.TV!

Start Watching Now
Flora Kərimova
Nəyinə Gərək

[Bənd 1]
Daha mən sənin üçün keçilmiş yolam
Oxunmuş kitabam, dərilmiş çiçək
Dönüb indən belə lap qızıl olam
Ya ki daş parçası - nəyinə gərək?

[Nəqərat]
Qıyma məhəbbətin cavan çağına
Payız həsrət çəkər yaz yarpağına
Ölmüşəm, qalmışam - nəyinə gərək?
Harada qocalmışam - nəyinə gərək?
Harada qocalmışam - nəyinə gərək?

[Bənd 2]
Axı hər çiçəyin ömrü bir dərim
Köksündə nar kimi yetişib ürək
Nəyinə gərəkdir yorğun əllərim?
Dalğın xəyallarım nəyinə gərək?

Çatar qulağına uzaq sorağım
Yaxın ülfətimin dərdini az çək
Nəyinə gərəkdir solan yanağım?
Soluxan dodağım nəyinə gərək?
Soluxan dodağım nəyinə gərək?

[Nəqərat]
Qıyma məhəbbətin cavan çağına
Payız həsrət çəkər yaz yarpağına
Ölmüşəm, qalmışam - nəyinə gərək?
Harada qocalmışam - nəyinə gərək?
Harada qocalmışam - nəyinə gərək?