Zamiq Hüseynov
Kaman
[Bənd 1]
Bax, yenə hicran
Ayrılıq necə gəldi bizdən xəbərsiz...
Gəl, yandım aman
DeyIrdin ki, yaşa bilməzsən mənsiz...

[Nəqərat]
Kaman, ayrılıq nəğməsin çalır
Gecələrin pıçıltısında...
Qəlbim, odlarda alışıb yanır
Yer ilə göyün arasında...

[Keçid]
Harda qaldın gəlmədin, sevirəm deyirdin...
Yəqin belə yazılıb bəxtim...
Harda qaldın gəlmədin, sevirəm deyirdin...
Yəqin belə yazılıb bəxtim...

[Nəqərat]
Kaman, ayrılıq nəğməsin çalır
Gecələrin pıçıltısında...
Qəlbim, odlarda alışıb yanır
Yer ilə göyün arasında...

[Bənd 2]
Kaş, ötən günlər
Geriyə dönəydi bir göz qırpımında...
Kaş, keçən günlər
Dadıma çataydı ömrümün sonunda
[Nəqərat]
Kaman, ayrılıq nəğməsin çalır
Gecələrin pıçıltısında...
Qəlbim, odlarda alışıb yanır
Yer ilə göyün arasında...

Harda qaldın gəlmədin, sevirəm deyirdin...
Yəqin belə yazılıb bəxtim...
Harda qaldın gəlmədin, sevirəm deyirdin...
Yəqin belə yazılıb bəxtim...

[Nəqərat]
Kaman, ayrılıq nəğməsin çalır
Gecələrin pıçıltısında...
Qəlbim, odlarda alışıb yanır
Yer ilə göyün arasında...