Hopsin
Hopsin - Fly (Azərbaycanca tərcümə)
[Intro]
Mənə uğurun tək yolunun təhsil olduğu öyrədildi
Əgər elədirsə, necə oldu ki bu qədər çox pul qazana bildim?
Müəllimlərim heç vaxt hədəflərimin nə qədər yüksək olduğunu görmədi
İlk məktəbi açan adam məktəbə gedib? Hm, yaxşı, onda
Bütün insanların biri-birinin kopyası olduğunu fərq edən tək mənəm?
Hər kəsin fikri eyni gəmidə yelkən açır
Əgər məsələ budursa, onda demək bir pox ola bilməməyimizin də səbəbi budur?
Gözləyin, sizi aydınladacam, qoyun beyniviz işləsin

[Verse 1]
Əvvəla, marketinqin ən yaxşı yolu marketinqin marketinq kimi hiss edilməməsidir
Beləliklə, insanlar özlərini bunun bir hissəsi imiş kimi hiss edir
Və bu düzgün icra ediləndə, şirkətlər bunun möhtəşəm olduğunu düşünür
Bizi bu fikirlərlə qidalandırırlar və biz də bu fikirləri qəlbimizə toxuyuruq
Buna görə idmançılar qız tutmaqda ən yaxşıdılar
Buna görə Nike ayaqqabı satmaqda ən yaxşıdır
Buna görə Disney bütün uşaqlar tərəfindən sevilir
Nə üçün McDonalds'ın sahibləri bu qədər zəngindir? Gözümüzü elə kor ediblər ki heç vaxt yıxıldıqlarını görə bilmərik
Bütün bunlar reallaşanda, sağlamlığımızın, varlığımızın, həyatlarımızın əllərimizdən yox olub getməsinə izn veririk
Və elə bilirik ki, buna biz qərar vermişik
Yəqin ki, valideynlərin uşaqlarına şirniyyat, oyuncaq və Şaxta Babayla aldatdığını görmüsüz
Həmin üsul yetişkinləri də tələyə salmaq üçün istifadə edilir
Amma şirniyyat əvəzinə pulu, dini, alkoqolu istifadə edirlər
Bunları danışıram çünki yuxudan ayılmağınızı istəyirəm
Artıq bu adamların bir paçka siqaret üçün it kimi dalaşmaqlarını görməkdən bezmişəm
Onlar isə sizi şeylərinə sarıyıblar və sizə gülürlər
[Nəqarət]
Sizə pis xəbər verməkdən zəhləm gedir amma həyatlarıvızı oyuncaq etdiklərini deməliyəm
Hələ dünyadakılarla tanış olmamısız, çünki Matrix'də ilişib qalmısız
Bizə öyrədilən hər şey böyük bir yalandır
Gözlərivizi açın, zehnivizi açın və uçun!

[Verse 2]
Dostum, bir işimiz olanda nə edəcəyimizi bilməyən robotlar olduğumuzu görmürsən mi?
Oyun pultlarından xilas olana qədər də bu belə davam еdəcək
Bütün həyatıvız iri bir konspirasiyanın bir parçasıdır və məqsədləri özlərini ən təpədə, sizi isə ən dibdə saxlamaqdır
Səssiz qalsaz, onlar dayanmayacaq
Bizə davamlı olaraq nələrə sahib olmadığımızı göstərməyə çalışırlar
Bunu, ta ki biz gedib özümüzə qızıl saat alanadək edirlər
Kirayə üçün pula ehtiyacımız olduğunu bilirlər
O bicbalaların nеcə varlanıb gücləndiyini fikirləşəndə dəli oluram
Öz fikirlərini oksigen kimi paketləyirlər ki öz fikrimizin olmadığını düşünək
Siktirmişik, bura uyğun deyilik
Bu içini sikdiyim sistem bizim dostumuz zad deyil
Və bunu dərk edin, sizin düşüncələrivizi kontrol edirlər çünki qazanacaqları tonlarla şeylər var
Mən bunları deyəndə hamı məndən üz döndərdi
Cahillik xoşbəxtlikdir amma qozuma deyil, senzura zad qoymayacam bura
Matrix həqiqətən var və siz də bunun içindəsiz
Bunu anlamağıvız çox çətindir, cahil yığını

[Nəqarət]
Sizə pis xəbər verməkdən zəhləm gedir amma həyatlarıvızı oyuncaq etdiklərini deməliyəm
Hələ dünyadakılarla tanış olmamısız, çünki Matrix'də ilişib qalmısız
Bizə öyrədilən hər şey böyük bir yalandır
Gözlərivizi açın, zehnivizi açın və uçun!
[Verse 3]
Soxum Hollivuda, soxum bütün o reality şoulara
Əynimizə brend köynək almırıqsa bizi lox kimi hiss etdirirlər
Bir neçlə qızla birdən danışmırıqsa cool deyilmişik kimi hiss etdirirlər
Burnumuzu estetik əməliyyat etdirmiriksə çirkinik kimi hiss etdirirlər
Təbii halı gözəl olan qadınların botox və döş əməliyyatları etdiyini görürəm
Və slikon dodaqlar...tamamilə beyinləri yuyulub və dediklərim onlar üçün əhəmiyyət daşımır
Həyatınıza və irəlilədiyiniz yola fokuslanın
Amma çox heyf ki, siz, daha çox, Kim Kardaşyanın nə etdiyi ilə maraqlanırsız
Qulaq asın, televizorda izlədiyiniz bir çox şey saxtadır, həqiqi deyil, mən belə şeylərə qarşıyam
Bütün bunlar Şeytan əməlidir, beynimizin içində gəzir
Onlar bizə nə deyirsə biz onu edirik, sizə bunu başa salmağa çalışıram
Sistem, bütün qaradərililər üçün bir stereotip yaradıb
Bu səbəbdən zəncilərim fərqli olmaqdan çəkinir, niyə başa düşmürsüz bunu?
Bu mənasız rituallarla sizə nəsə izah etməkdən əməlli-başlı yoruldum
Artıq həqiqi bir adam olmaq, özüm olmaq vaxtıdır!

[Nəqarət]
Sizə pis xəbər verməkdən zəhləm gedir amma həyatlarıvızı oyuncaq etdiklərini deməliyəm
Hələ dünyadakılarla tanış olmamısız, çünki Matrix'də ilişib qalmısız
Bizə öyrədilən hər şey böyük bir yalandır
Gözlərivizi açın, zehnivizi açın və uçun!

[Outro]
Başıvızı işlədin, özüvüz olun
Başqası yox, özüvüz!
Və həyatı qaydasız yaşayın
Qaydasız, qaydasız
Uçun
Uçun, uçun, uçun, uzaqlara...
Həyat çox qısadır, yaşayın getsin
Onsuz da dünyanın sonu gəlib
Nə etmək lazımdırsa onu edin və gedin yaşayın çünki yaşamaq gözəldir!