No Land
Müstefilatun
Ey könül üstümə gəlmə, özündən küs məni səndən bezdirəcəksən
So(n)ra çəkilib kənara yazıq-yazıq ruhuma göz gəzdirəcəksən
Mənasız axmaq gündüz-gecələr, köhnə hamamlar, köhnə ləyənlər
Sənə heyfim gəlir, hər sözə uyma qorxuram özünü əzdirəcəksən

Torpağa baxdım, bağlara küsdüm
Zəlzələlərdən dağlara küsdüm
Səhmana həsrət duyğularımla
Səhmanı gördüm, görməz olaydım

Hökmünə yaddım, bir neçə addım
Taxtına atdım, qəflətən ancaq
'Cəzb edən’ adlı 'Dünya' soyadlı
Zindanı gördüm, görməz olaydım...