Troye Sivan
BTS - Louder Than Bombs (Azerbaijani Translation)
[Kuplet 1: Jungkook, V]
İndi çox bəlli olmağa başladı
O alqışların arasındakı yad kölgə
Bəlkə də, heç vaxt bu sözlərə inanılmayacaq
"Gəl, yaxşı şeylər görüb eşidək"
Səssiz qəm-qüssən məni silkələyir
Bəzən sakit dənizimdəki dalğalar coşa bilər

[Xor: Jimin, Jungkook]
Bombalardan daha səsli qırılıram ah~
Üzə çıxan bütün kədər-qəm ah~
O vaxtdan bildim ki, üzündəki o ifadə nə deməkdir
Bombalardan daha səsli qırılıram (Oh, oh, oh)

[Kuplet 2: RM]
Gözəlim, heç nədən daha heç nəyəm
İşıqdan daha parlağam
Məndən heç nə istəmirsənmi
Amma deyirsən ki, nəsədən daha nəsəyəm
İşıqdan daha parlağam
Həyatından əl çəkmə
Budur qalıram
Sadəcə daha yaxşı günlər üçün dua edirəm
Hər gün bir labirientdir
Görəsən, bura mənim yerimdirmi
[Kuplet 3: j-hope]
Yolum haradır?
Həmişə silkələnən yer yalqız üçür tökülür, sakitcə
Bombalardan daha səslidir, bəli
Sənə demək istəyirəm, zülmət, hardasa olmaqdan qorxma
Necə bir gecə məni udursa udsun
Sənin üçün olan mübarizədən əl çəkməyəcəm
Parıldayacağıq

[Pre-Xor: Jin, Jimin]
Sənlə mən
Birlikdə kədəri və ağrını hiss edirik
Bu, bir təsadüf deyil, bəli
Bu oyunu biz seçdik

[Xor: Jungkook, V, Jimin]
Bombalardan daha səsli deyirəm ah~
Dünyaya car çəkəcəm ah~
Sən tərəfə baxmadığım
Səndən qaçdığım günlər artıq olamayacaq
Bombalardan daha səsli deyirəm ah~

[Kuplet 4: Suga]
Bəzi insanlar bizə qibtə etdiyini deyir
Çəkdiyim acını ikiüzlülük adlandırırlar
Nə etsəm də, bu zibillikdə ilişib qalıram
Əgər biz etməsək, kim edəcək bəs?
Bəzi insanlar bizə qibtə etdiyini deyir
Çəkdiyim acını ikiüzlülük adlandırırlar
Nə etsəm də, bu zibillikdə ilişib qalıram
Əgər biz etməsəm, bəli, kim edəcək bəs?
[Xor: Jungkook, Jimin, Jin]
Bombalardan daha səsli oxuyuram
Sənə və özümə söz verirəm
Necə dalğalar üstümüzdən keçsə də
Sonsuza qədər sizə oxuyacağıq
Bombalardan daha səsli oxuyuram