Paster
Axtar
[Nəqarət]
Axtar, axtar, axtar, axtar, məni sevməyə dəyər
Vaxt var, vaxt var, vaxt, vaxtı gəl heyif eləməyək

[Bənd 1]
Sevgiyə çox küsürük
Bu zibilə çox dözürük, ah!
İstəmirəm çox üzülüm, sevmirəm gülü
Güllər onsuz da çox tez ölür, ah!
Bəzən birinə bağlanırıq
Dəli kimi sevirik, ya da boş vaxt alırıq, ah!
Lazım həyatı dolu yaşamaq
Bu ölkədə yaşamaq çətin
Bu ölkədə sağ qalırıq, ah!
Sevginin hər işi nazdır
Mənim qürurum var, mən deyiləm hər şeyə razı
Sevirik qanda doza, sevirik bağlı həyat
Sevgi pul kimidir, pullarsa həmişə azdır
Tüstü bizim dərmanımızdı
Böyümüşük oyuncağımız falqa, rızdı
Uşaqlıqdan gözləyirik "Santa Claus"
Hələ də Santa Claus, o bizim bariqamızdır
Biz indi az pullarla yaşayırıq
Qırılacaq, de, bu maksimum harda?
Biz vaxt oğurlayırıq
Kimsə həyatlar oğurlayır yuxarıda kostyumlarda
Musiqidə bitmir heç nə
Gəl onun ritmini eşidək
Problemləri boş ver məncə
Ölümün olduğu yerdə yoxdur ciddi heç nə
[Nəqarət]
Axtar, axtar, axtar, axtar, məni sevməyə dəyər
Vaxt var, vaxt var, vaxt, vaxtı gəl heyif eləməyək
Axtar, axtar, axtar, axtar, məni sevməyə dəyər
Vaxt var, vaxt var, vaxt, vaxtı gəl heyif eləməyək

[Bənd 2]
Yaşayaq və görək, insanları kölə edirlər
Sistemə tüpür! Soxurlar burun
Bakı bizi sıxır, Bakı çox dardır
Bakı üçün yad olmuşuq biz çoxdandır
Əsmir havaxtdır külək
Vaxt gedir, hökm edir saatlar günə
Bu gün yaşa, axtarma, sabahda dünən
Biz bu gün varıq, dönə bilərik sabahsa külə