[1-ci hissə]
Açılıb yeni gün, dünya tələsir...
Fırladır bizi sağa-sola
Qurur bu həyat bizə pul tələsi...
Limanlarda əl izim
Gəmilərlə gedəndən sən bir də geri gələ bilməyəsən deyə içirəm mən dənizi...
Geyinirəm əynimi tez-tələsik
Baxıram pəncərədən çölə, bayırda külək əsir
Baxıram yaşlılar dirənir, səhv olur yeni nəsil
Baxıram şəhərə, gecələr aparır mənzərəsi
Çəkib dalıram, müalicə, həb alıram
Təmirdəyəm – heç kimi görmürəm
Hamıdan uzaqda özümlə danışıb tək qalıram
Yaramı çox sarıdım
Heç kiməm, yoxsa, adım
Tüpürmüşəm diploma, yox savadım
Çox pox-püsür görmüşəm, övladıyam, çünki 90-ların
Ya! Mən zənciri qırdıqca qəlbimdən qıfıllar... açılır
Zirvəyə qalxmıram, daha da enirəm zirvədən sıfıra!
Şəhərim – evim
Qayıdaraq sevinirəm
Bütün bu bütləri devirirəm!
Mənim üçün bir əfsanə yoxdur
Mən tarix oxumuram, özümü tarixə çevirirəm!
[Nəqarət]
Gəzirəm, gəzirəm, gəzirəm, gəzirəm
Çünki hərəkət həyatdır, dayansam, öləcəyəm
Əlimdə heç nə yox, qəlbimdə xəzinə
Mən göydəyəm, ulduzlar parıldayıb sönəcək!
Mən göydəyəm, ulduzlar parıldayıb sönəcək!
Mən göydəyəm, ulduzlar parıldayıb sönəcək!
Mən göydəyəm, ulduzlar parıldayıb sönəcək!
Mən göydəyəm, ulduzlar parıldayıb, parıldayıb...
[2-ci hissə]
Mənim üçün nə radio, nə "TV"!
Mən heç kəsəm, "okey"?! Mən milyondan biri
Taxıram və qapanıram musiqimi özümə
Dünyamda oxumur nə Damla, nə Röya, nə Miri!
Paster otun əkər
Çox topuqdan çəkən və çirkabın içində hopmur da ləkə
Danışırlar repdən, amma illərdir, rep adlı otaqda təkəm!
Bunun fərqinə vardım və yazdıqca ömrümdən dəqiqələr atdıq
Düşündüyünü deməsən də, olar
Sənin həqiqətin var, amma biz həqiqətdən artıq!
Ha! Mənim sualımı bilirsən:
Dua və kilsə, ya məscidə girsən də, fərqi yox
Soruşursan: "Bu oğlan kimdir?"
― Mən aşağılardanam! Məni yubadır kimsə!
Mən qatıram da dəlilik!
İnadına pullara batıracağam əlimi!
Qəlbinə qapı açıb gəlirik və albomum yoldadır – tapançam gərilib!
"Verse"ləri "top" edirəm, qalsın!
Fanları şok edirəm, alsın!
Şou-biz[nes] o tərəfdə tanısın!
Mən heç yerdən gəlmişəm
Götürəcəyəm hamısın!

[Vokal]