Welcome to MyBunny.TV - Your Gateway to Unlimited Entertainment!

Enjoy 6,000+ Premium HD Channels, thousands of movies & series, and experience lightning-fast instant activation.
Reliable, stable, and built for the ultimate streaming experience - no hassles, just entertainment!

MyBunny.TV – Cheaper Than Cable • Up to 35% Off Yearly Plans • All NFL, ESPN, PPV Events Included 🐰

Join the fastest growing IPTV community today and discover why everyone is switching to MyBunny.TV!

Start Watching Now
Eyyub Yaqubov
Gecə Düşüncələri

[Bənd 1]
Xoşladığım bir gecə, yerlər, göylər işıqlı
Ay bir sərxoş göz kimi, ulduzlar yaraşıqlı
Bunları seyr edərkən, bir az fikrə gedərkən
Fikrim, hissim, xəyalım o qədər yüksəldi ki

[Nəqərat]
Mənə öylə gəldi ki, mənə öylə gəldi ki
Bizlərdən əvvəl nə yer, nə göy, nə həyat olmuş
Nə bu ucsuz-bucaqsız gözəl kainat olmuş

Mənə öylə gəldi ki, mənə öylə gəldi ki
Bizlərdən əvvəl nə yer, nə göy, nə həyat olmuş
Nə bu ucsuz-bucaqsız gözəl kainat olmuş

[Bənd 2]
Gecə sakit, düşüncəm sakit deyildir fəqət
Gözlərimin önündə canlandı hər həqiqət
Xəyalım ənginlərə o qədər yüksəldi ki
Mənə öylə gəldi ki, ilk dəfədir, kainat
Dünyanı sellərində çalxayan bizim həyat
Sağda-solda döyüşmüş, sonra yoluna düşmüş
Sağda-solda döyüşmüş, sonra yoluna düşmüş

[Nəqərat]
Mənə öylə gəldi ki, mənə öylə gəldi ki
Bizlərdən əvvəl nə yer, nə göy, nə həyat olmuş
Nə bu ucsuz-bucaqsız gözəl kainat olmuş
[Bənd 3]
Nə dayanmaq vaxtıdır, gözəl dostum, sən də gəl
Seyr edəlim qol-qola bu zümrüd çəməndə, gəl
Göy üzünə bircə bax, hər ulduz bir sarı gül
Yarı qönçə, yarı gül, səni gördüm, xəyalım
O qədər yüksəldi ki, mənə öylə gəldi ki
Bizə bu nazlı aləm görünərdi qaranlıq
Gözəl çarpışmasaydı, gözəl yaşamasaydıq

[Nəqərat]
Mənə öylə gəldi ki, mənə öylə gəldi ki
Bizlərdən əvvəl nə yer, nə göy, nə həyat olmuş
Nə bu ucsuz-bucaqsız gözəl kainat olmuş
Mənə öylə gəldi ki, mənə öylə gəldi ki