Kamal.
Böyük Ümidlər/Xatirədir
[Bənd 1]
Doğulmaq yadımızdan çıxardığımız ilk addımdır
Necə ki qalmır yadda ilk öpüş, ilk laylalar
Bir gün qabaq yox idin, bu gün isə həyatın var
Heyif, olmur qoymaq şərt doğulacam, olsa qayğılar
Axmamış yaş qədər təmiz qucaqda böyümək hissi
Adam qayıdıb keçmişə, yenidən böyümək istəyir
Biz axı göylərin sevən qəlblərə hədiyyəsi idik
Onların yerinə bütün xoşbəxtliklərə “hə” deyəsi idik
Zaman heç nəyi gizlətmir, zaman heç nəyi sağaltmır
Zaman göstərir, sən demə, xoşbəxtlik, biz olsaq, artmır
Biz bəzən şəfəqləri bitişdirib edirik parıltı
Bəzənsə parçalanan qaya arasında son qırıntı
Gözünü yum, qorxma, bir azdan bitəcək səslər
Küsmə taleyindən, o, heç nəyi etmir qəsdən
Azalacaq səslər, azalacaq səslər
Valideyn sayı azaldıqca azalacaq səslər, hey
[Nəqərat]
Niyə çıxdıq yola biz?
Dəli olub bu dəniz
Bir adadır sevgimiz
Hər yanı xatirədir
Niyə çıxdıq yola biz?
Dəli olub bu dəniz
Bir adadır sevgimiz
Hər yanı xatirədir
[Bənd 2]
Valideyn davaları dəriyə hopmuş yaralar kimidir
Ağrılar qalsa da keçmişdə, nəticə göz önündədir
Bu günü ən uzaq vaxtlardan, yapışacaq ayaqlardan
Bu sevgili deyil ki, dərd verəndə deyəsən, səhv özündədir
Seçim olmur heç kimdə, kimsə doğulur çirk içində
Kimsə nazir ailəsində, var-dövlət, mülk içində
Kimsə son anda abort etməyən tək anayla
Kimsə sevgi ocağında, həyatı bənzəyir bəlkə nağıla
Analar var - qalıb baş-başa yadigar başdaşıyla
Ömründən kəsib böyütdüyü övlad əvəz olunub başdaşıyla
Uşaqlar var - valideyn əvəzi böyüyüb qardaşıyla
Doğmalaşıb artıq soyuq küçədəki hər daşıyla
Gecədən qalma yaşı ilə səhər məktəbə getmək
Çətin idi özgələrdən qayğı tələb etmək
Çətin idi xoşbəxtlərin arasında qarışıb azmaq
Çətin idi "Mənim ailəm" mövzusunda inşa yazmaq, hey
[Nəqərat]
Niyə çıxdıq yola biz?
Dəli olub bu dəniz
Bir adadır sevgimiz
Hər yanı xatirədir
Niyə çıxdıq yola biz?
Dəli olub bu dəniz
Bir adadır sevgimiz
Hər yanı xatirədir
Niyə çıxdıq yola biz?
Dəli olub bu dəniz
Bir adadır sevgimiz
Hər yanı xatirədir
Niyə çıxdıq yola biz?
Dəli olub bu dəniz
Bir adadır sevgimiz
Hər yanı xatirədir
Gözümü bağlayıb dinlədim o səsləri
Dizimi qucaqlayıb dinlədim o səsləri
Yastıqlar gizlədəndə o səsləri
Gözümü bağlayıb dinlədim o səsləri
Dizimi qucaqlayıb dinlədim o səsləri
Yastıqlar gizlədəndə o səsləri
Qalanı xatirədir
Gözümü bağlayıb dinlədim o səsləri
Dizimi qucaqlayıb dinlədim o səsləri
Yastıqlar gizlədəndə o səsləri
Qalanı xatirədir
İçimdən səs gəlir