#LEAD

Verse 1 (Dikta)



Dinləyin, istəmirik fame’i

Hip-hop ritmim və də geymim

Sinirlər oynaq, qan beynim

Repə ximya qatıram, necə John Beynon

Bizə qalxış, sizə eniş deyim

Boyna sep, bir də geniş geyim

Respectim olan çox adam var

Sizə dil çıxarıram, necə Eynşteyn, (hahay)

Repim düşər bəşərin dilinə

Adım bilinər, çatdır birinə

Sözüm girsin dərin, əvvəlindən, bilinər dəliyəm, bəli mən

Təsir eləməz kəlimən, yazaram əlimlə

Yaradaram qalmaqal, maraqlı flowla

Həvəs pul deyil, gəzmirəm Klounla

Yaradırıq Cboyzla yeni dünya

Meta, MM13 və Atlas bromla

(Ey)

Gəl indi bax

Qolumda saat, yəni əlimdə vaxt

Necə xərclənəcək, buna qərar mənim

Həyata da, zamana da mən indi şah

Ən dibdən qalxırıq, parabola

Biz söz soxarıq, sus, shut up, oğlan

Sözüm şərab ola, başın xarab olar

Qəribəsən, həyat edir səni paranoyak

Biraz paran ola, qazan haramm yolla

Atlas, yenə gəzir rock and rollnan e-eyy

Neçə track, paket pullar

Qəti Sanma ki, bizlərə qalar dollar (e-eey)

Qalmısız nəsə repin qeydinə az

Sözlərimi götürüb meydinə bas

Disslərim ağır gələr, bu dənizlər bizim

Altımızda gəmi, yəni biz ekibaj, (wow)







Nəqarət (Atlas)



Rap mənim qanımın içinə qədər sən də gir

Heç nə sənin qədər ləzzət eləmir

Burax mən də oynuyum buralarda

Maraqlı oynumda heç kəs mənlə söhbət eləmir (x2)



Verse 2 (Dikta)



(Ey) Zövqünüz pis gündə

Amma bax, keçir vaxt, və də olacağıq biz öndə

Biz gedirik zirvəyə doğru

Sizin yol bağlıdı, gedirsiz pis yöndə

Bacarsan diss göndər

İsgəndər, kimi fəth edəcəyəm buranı

Biz ən dərindən bağlıyıq fəlsəfəyə

“sizə pis gələni geri pis göndər” )

Dinləyicim mənə boş deyil

Sənə xoş deyilsə yəni boş beyin

Necə inkişafdayıq gündən-günə

Bilmirsizsə coşmayın

Repimlə zirvəyədək, gərək yoxdu qanada

Sənətimizlə ,yaradırıq musiqiylə sonata

Bir qadındı rep, həyatımdan çıxmaq bilmir

Sözlər beatə makiyaj, qafiyələr pomada

Repim-tort üstə krema

Rep ya da pul, deyil dilemma

Xod verin səsə, micda dikta

Qalxır temperatur, aç ordan klima

Rep bəs edir mənə gün ərzində

Və də yaraşır rap mənə bu tərzimdə

Dikta sözlərlə oyun oynayar

Rep yellədər, at çapar o məğzində (Eyyo)

Bacarmayan uzaqlaşsın

Biz bacaranlarla birgə duraq

Yeni nəsil repə verək töhfəmizi

Azrapin gələcəyin birgə quraq



Nəqarət (Atlas)



Rap mənim qanımın içinə qədər sən də gir

Heç nə sənin qədər ləzzət eləmir

Burax mən də oynuyum buralarda

Maraqlı oynumda heç kəs mənlə söhbət eləmir (x2)