Elnarə Xəlilova
Sevdalar

[Bənd 1]
Dağ çayı axıb gedir
Şırıl-şırıl axır su
Unudulmuş sevdalar
Sarı ərik qurusu

[Nəqərat]
Çiçəklər arasında
Uçur dəli bir arı
Qırılıbdır içimdə
Yalnızlığın damarı

Çiçəklər arasında
Uçur dəli bir arı
Qırılıbdır içimdə
Yalnızlığın damarı

[Bənd 2]
Dağlardan salam söylə
Xınalı yamaclara
Gecə Ay işığına
Sığınmış ağaclara

[Nəqərat]
Çiçəklər arasında
Uçur dəli bir arı
Qırılıbdır içimdə
Yalnızlığın damarı
Çiçəklər arasında
Uçur dəli bir arı
Qırılıbdır içimdə
Yalnızlığın damarı

[Çıxış]
Qəfəsdə quş misalı
Akvariumda balıqlar
Ərik ağaclarında
Saralır ayrılıqlar