Welcome to MyBunny.TV - Your Gateway to Unlimited Entertainment!
Enjoy 6,000+ Premium HD Channels, thousands of movies & series, and experience lightning-fast instant activation.
Reliable, stable, and built for the ultimate streaming experience - no hassles, just entertainment!
MyBunny.TV – Cheaper Than Cable • Up to
35% Off Yearly Plans • All
NFL, ESPN, PPV Events Included 🐰
Join the fastest growing IPTV community today and discover why everyone is switching to MyBunny.TV!
Start Watching Now
Elnarə Xəlilova
Zəfər Çalsın İdmanımız (Olimpiada)
[Bənd 1]
Sən Odlar Yurdunun
İdmançı övladı
Hər yerdə qalib gəl
Uca tut bu adı
Gör neçə azarkeş gözləri
Zirvədə gözləyir sizləri
Gör neçə azarkeş gözləri
Zirvədə gözləyir sizləri
Bu dünyanı qoy dolansın
Bayrağımız dalğalansın
Qələbəyə gedən yolda
Qəlbimizdə məşəl yansın
Zəfərlər naminə səslənsin
Qoy ucalsın himnimizin sədası
Sizinlə birlikdə sevinsin
Hər bir eldə Azərbaycan dünyası
Dəyanətli, məğlubolmaz
El qızları, igidləri
Gücünüzə arxayınıq
Uğurla qayıdın geri
Sabaha boylanır inamı
Zəfərlə fəth edir dünyanı
Xalqına bəxş edir bayramı
Bizim Azərbaycan idmanı
Gələcək zəfərlər bizimdir!
İlhamlı səhərlər bizimdir!
Gələcək zəfərlər bizimdir!
İlhamlı səhərlər bizimdir!
Sönməyən odlar ocağım
Müqəddəs ana torpağım
Kaş olsun hər vaxt zirvədə
Üçrəngli, milli bayrağım
Hər vaxt ucal!
Qələbə çal!
Azərbaycan!