Orkhan Zeynalli
Damn
[Bənd 1]
Yeri, göyü yaradan Tanrıdır
Yerdəyəm, üstümdə göylərin işığı var
Güvəndiyim dağlara dönmüşəm
Zirvənin özüyəm, tavanımın başı duman
Əlimin içinə bax
Kiminin içinə dağ çəkirəm
Edirəm işə davam
Hələ də ‘’bu nədir belə’’ deyib
Bax gör mən ‘’rep’’əm, ya ‘’pop’’am
Həqqəm, ya gopam

‘’USA’’dən bura ‘’business trip’’
Öz dəstim, bu tərz bəhsi
Çox yazdım dərd, bəsdir
Kim səssiz? Kim həvəssiz?
‘’Hate’’ etdiniz əbəs siz
Rep mənsiz kimsəsiz

Sənətim deyil ‘’charity’’
Hər ifam alır qonorar
İtirmədim qaməti
İynəm çoxundan qan alar
Üzümə gülən hər adamın içini
Tanıdım bir ilin içində (yo)
Sancıram, atıram ancaq o adamı
Acığım olanda biçirəm çox
Demə mənə, bu ‘’track’’də giriş bəsit
Qoy cavabını sənə bunun ‘’finish’’ desin
Kartdırsa, nağd elə, bağ belə, bostan belə
‘’Knock down’’ elə, girişməsin
Orada-burada ölü söhbətlərinizi
Doldur ‘’морг’’a, mənə gülüş bəsim
Avropada satdığım biletləri burada sata bilməyənlər mənə ilişməsin
[Nəqərat]
Damn!
Yeni gün mən
Yenə gündəm
Yeni gün mən
Yeni gülləm
Yenə gündəm

Yeni gün mən
Yenə gündəm
Yeni gün mən
Yeni gülləm
Yenə gündəm

[Bənd 2]
Mən, bir də mən yəni ‘’allstar’’
Bir gün ‘’rapstar’’, bir gün ‘’popstar’’
Satılır qəlbim, ‘’cost’’ var
Qırmışam nə qədər qəlb ‘’inbox’’da
Çox dedilər mənə, ‘’SOS’’ var
İkili həyatımda ‘’ghost punk’’
‘’Track’’lərim ‘’boom’’ edəndə, trend edəndə
Dükanda satıcıydım hələ Bronksda

Səhər olur, oyanıb öldürürəm sənəti
Çox gəlib-gedən olur, tuta bilmir söhbəti
Hamının içində sanki mənə kini var
Paxılların alovunda bişirdim səbəti
BAKI! BAKI!
Pay my bill, fast lane
BAKI! BAKI!
A I D cosplay

Yenə də hər ‘’beat’’in haqqını verirəm
Sözümlə atıram qəlblərə ox
Yeni gün mən, yenə gündəm
90 ‘’plus’’ vurdum ‘’goal’’

[Nəqərat]
Damn!
Yeni gün mən
Yenə gündəm
Yeni gün mən
Yeni gülləm
Yеnə gündəm

Yeni gün mən
Yenə gündəm
Yeni gün mən
Yеni gülləm
Yenə gündəm