Orkhan Zeynalli
Oksigen
[Bənd 1]
Hələ ki sevə bilməmişəm özümü
Perfeksionistəm
Dünya bölünüb kütbeyin ərəblə
Təlxək sionistə
Yekun qərar, yüküm qara
Mantra kənar, duam fəna
Bir dənə bədənim var müvəqqəti, verilib nisyə
Nə qədər axtardın dürüst adam
Həyat göstərdi, sən demə
Deyilmişəm özüm çox da dürüst biri
Fəzaya göndərilən mesajlarda ‘'bug’' var
Mən ‘'comfort’' həyat istəmişdim
Taleh yenə ‘'prius'' verir
Sayıram özümü bir üst beyin
O qədər axmaq deyiləm ki
Yarasa şorbasına virus deyim
Nəyə desəz, and içərəm
And içmək haramdırsa
‘'Клянусь'' deyim
Ehsan istəyən
Gəlsin, verim bir az ‘’fame’'
Keçmişim boğur məni
Qalmışam ac oksigenə
Bütün lirik ‘’track''ləri borcluyam
‘'Toxic’' genə
Bir az ‘'detox'' hikkəmə
Ustad, nə də “boss”, “pik” demə
İki dənə fərqli nəsildən
İki dənə kosmik gəmi
[Nəqərat]
Boğulanda, ‘'bass''ları aç
Yoruluram, astadır, “kaç”
Deyiləsi nəsə var, de
Nəfəs al, ver
Nəfəs al, ver

Boğulanda, ‘'bass''ları aç
Yoruluram, astadır, “kaç”
Deyiləsi nəsə var, de
Nəfəs al, ver
Nəfəs al, ver

[Bənd 2]
Yollar hamısı tozlu, get (yeah)
Burada çatmır oksigen (yeah)
Burada çatmır oksigen (yeah)

Qoymuşam arxamda çox qan izi
Çətin, kimsə desin “atdı yarı yolda bizi”
Köhnələrin qoyduğu mirasa layiq olan 2 nəfərdən biriyəm
İnanmırsan, Orxan desin

Bi-bi-bir Allah bilir düşdük bura nə təhər (yeah)
‘'Parni İz Baku'' hərləmirik qadağa bu Planetdə (yeah)
İnanmırlar ‘'invertor''lar sözümə
Qoymuşam həyatımı bu işə
Ən böyük ‘'investor'' özüməm
Ona görə yox niyyətim yerin altında çürüməyə
Oxuyun əzbər ‘'verse''mi
Bu ‘'track''lər ip dartıram yuxarı quyudan özümü
2 dəqiqəyə çatmayacaq oksigen bədənində
Gəldim, intiqam dadır zəhər, sanki ‘'Əqrəb Mövsümü''

[Nəqərat]
Boğulanda, ‘'bass''ları aç
Yoruluram, astadır, “kaç”
Deyiləsi nəsə var, de
Nəfəs al, ver
Nəfəs al, ver

Boğulanda, ‘'bass''ları aç
Yoruluram, astadır, “kaç”
Deyiləsi nəsə var, de
Nəfəs al, ver
Nəfəs al, ver