Orkhan Zeynalli
Ağ-Qara
[Bənd 1]
Yenə düz olan çox az şey var
Aç pəncərəni, şəhərə bax
Mənə hər yan boz, hər yan sıxıcı
Təbəssümə dodaqlarım tox
Bir gün xoşbəxt, bir gün üzgün
Bilmirəm, nədir səhv, nə düzgün
Hər şey yaxşıdır deyəndə belə
Həqiqəti mənə göstərəcək güzgüm

[Keçid]
Qoydum çantama bir ümid
Həyata sevgi
Anladım ki, hər şey mənim öz əllərimdə
Evdən qaçdım, küçələr evim
Bu həyat bir gün
Dünya dönsün mənimçün qoy vərəqlərimdə

[Nəqərat]
Gündüzüm hədər olub, gecələrim təsəlli
Həyat bir əyləncəydi, sevincini mən sevdim
Ətraf süni gülüşlər, təkcə mənəmmi qəmli?
Hər şey sanki ağ-qara, yalnız yuxular rəngli

[Bənd 2]
Mənə fərq etmir, qalacaq adım, ya yox
Bir addımlıq yoldur həyat
Tarix kitablarına həkk olacaq qədər
Bilirəm, istedadım da yox
Bir mən varam, bir alın yazım
Ağ-qara vərəqəm, hər yanım yazı
Məni silkələsən, töküləcək istək
Kağız, qələm uğurun kompası
[Keçid]
Görürəm uzaqdan bir xəyal
Həyat bir otaqlı evə bənzər
Yeni yoldur xəritəm bəmbəyaz
Sevgi əşya kimi günləri bəzər

[Nəqərat]
Gündüzüm hədər olub, gecələrim təsəlli
Həyat bir əyləncəydi, sevincini mən sevdim
Ətraf süni gülüşlər, təkcə mənəmmi qəmli?
Hər şey sanki ağ-qara, yalnız yuxular rəngli