Orkhan Zeynalli
İkimiz
[Bənd 1]
Barmağın ucundakı soyuq havanı toxunmadan
Nəfəs almağın həzzin bircə dəfə boğulmadan
Həyatda bəzi xırda, dəyərli sevinclərin
Qiymətini hiss etmir itirmədən çoxun adam
Soyuq günlər aparır, həyat illər aparır
Önümüzdə olanı dərinlərdə taparıq

‘’Vaxt edib zəng edərik’’ dediklərimizin
Vaxt bitəndə vaxt tapıb rəsminə güllər atarıq
Yazışmalarda qalan uzun səs yazıları
Bütöv həyata sığmayan yarımçıq arzuları
Taleyin verdiyi rəqəmdən az adam razı qalır
Sevdiklərinin yanında özünə ev qazır hamı
Bu payız durnaların ayrılıq köçü
Bəzən həyat bitir, bəzənsə evin tavanına ağırlıq çökür
Çünki bəzən bədənlər bir evdə yaşasalar da
Ruhlar çoxdan əşyaları toplayıb, ayrılıb köçüb

[Nəqərat]
Qoy dəniz axsın üzümdən
Sən toxunanda
Qoy Günəş sönsün evimdə
Sən yox olanda
Sönür işıqlar
Soyuq içim qar
Sən çox olanda
Mən çox olanda
Biz çox olanda
Qoy dəniz axsın üzümdən
Sən toxunanda
Qoy Günəş sönsün evimdə
Sən yox olanda
Sönür işıqlar
Soyuq içim qar
Sən çox olanda
Mən çox olanda
Biz çox olanda

[Bənd 2]
Bəzən hiss edirsən, sevmək məcburiyyətdir
Yarıda qoyub gedirsən, olsan da məcnun niyyətli
Deyirlər, sevmək baxmağıdır iki adamın eyni nöqtəyə
Bu nöqtə hərdən sonuncu olur, növbəti təcrübə bitir
Və bu hər cürə bitir
Soyuq hər fəsil
Mahnılara çevrilir sonu nəfəsin
Harada idin axı səni səsləyəndə?
Ən yaxşı insan namizədiydin sənə səs verəndə

[Nəqərat]
Qoy dəniz axsın üzümdən
Sən toxunanda
Qoy Günəş sönsün evimdə
Sən yox olanda
Sönür işıqlar
Soyuq içim qar
Sən çox olanda
Mən çox olanda
Biz çox olanda
Qoy dəniz axsın üzümdən
Sən toxunanda
Qoy Günəş sönsün evimdə
Sən yox olanda
Sönür işıqlar
Soyuq içim qar
Sən çox olanda
Mən çox olanda
Biz çox olanda