Orkhan Zeynalli
Qravitasiya
[Bənd 1]
Daha neçə uşaq aclıqdan öləcək şəkil naminə?
Nə qədər insan batacaq ki, gündəm dəyişsin?
Dünyanın alın yazısı yazılıb qan ilə
Biz ruhumuzu endirdikcə baş barmaq qalxır göyə

Hələ çox quyular qazılacaq səngər deyə
Çox güllə atılacaq kimsə igid olsun deyə
Ədalət mücərrəd məvhum və əlçatmaz
Yüz dəfə diz çökdüm bircə dəfə sən gəl deyə

Zirvəyə çevrilir ən alçaq dərələr
Hələ çox güləcək bizə qəbirdən ölülər
Yoxdur artıq kiçik günah, var ancaq irilər
Getsə də köhnə zalımlar, gələcək yenilər

Küləklə döyüşdükcə ümidsiz gəmilər
Batdıqca canlar dibə yeni ləpələr dirilər
Yuyulduqca sahillər, dağılar qum saraylar
Şahlar can verər, öz xislətində boğulub ağlar

[Nəqərat]
Əllər açılır göyə, əllər açılır göyə
Bəlkə göz gec qırpınanda kimsə görər deyə
Kimsə çəkir yerə, kimsə çəkir yenə
Günahlar yaddaş kimi, buraxmır heç yerə
Mən yalançıyam, sən ədalətsizsən
Mən çarəsiz olduqca sən səssizsən
Nə qədər zirvəyə qalxsaq da sənə toxunmaqçün
Sonda ölüm qravitasiyası səni çəkir yerə

Əllər açılır göyə, əllər açılır göyə
Bəlkə göz gec qırpınanda kimsə görər deyə
Əllər açılır göyə, əllər açılır göyə
Günahlar yaddaş kimi, buraxmır heç yerə

Mən yalançıyam, sən ədalətsizsən
Mən çarəsiz olduqca sən səssizsən
Nə qədər zirvəyə qalxsaq da sənə toxunmaqçün
Sonda ölüm qravitasiyası səni çəkir yerə