Orkhan Zeynalli
Şərbət
[Bənd 1: AiD]
Soyuq işıqların əhatəsində isti gözlər
Bu gün sevgili olmaqçün ən uyğun gecədir
Bakal uzadanda toxunmaq barmaqlara gizlincə
Bu ilk baxışdan sevgi deyil, əyləncədir

Bu gün şouya verdim ''play'', hələ ki lirika ''stop'' da
An etibarı ilə sən məni fəth elədin
Axtar ürəyimi, bəlkə tapdın mikroskopla
Bədənim avqust kimi isti, bir az meh istəyir

Bütün sətirlərim yalan, indi bizə yaxın tavan
Bir azdan uçub açıq səmada edərik davam
Hələ açılmayıb səhər, toxunuşlar önə sərər
Axı gözlərin tələ, üzürəm içimdə bərəl

Eləmə dram, bakalın içi qan, içirəm
"Marry Dark Horse" səsiylə Katy Parry
Batan şəhərdə arzuları birgə puç edərik
Diqqətlə bax - qəlb bədənimə necə dəyir

[Nəqərat: Del]
Yaxın dur...
Mənə tərəf atılan hər addım önəmli
Əlimə toxunma...
Biləyim əsir, nəbzim olur sənə görə sürətli
Yaxın dur...
Bulanıq baxışlar axır üstümə
Məni apar özünlə, dolanarıq sözünlə
Bir günün ərzində dəyiş dünyamı

[Bənd 2: AiD]
Qulaq as Mrs...
Mən sözlə qidalandığımçün mənə təsir etmir krizis
Bir anlıq dondum
Mənə tanış gəlir üzün
Deyəsən, bir vaxtlar ''desktop''umda fondun

Qəribədir ardıcıllıq Bakıda
Varlı bədənlər kasıba getmir ki, birdən qan kirlənər
Guya utancaq və kübar
Şairlərlə eşq yaşayıb ərə gedirsiniz bankirlərə

Mən dəfələrlə xoşbəxtliyi almışam pulla
Bax, çekləri də saxlamışam yadigar
Mən bilirəm nədir - eşq ovundakı nişanda olmaq
Qadınlar gedir, qalır ancaq mahnılar

Səninlə var bir neçə sətirlik macəram
Ən kobud qollar ortasında keçir, bil, ən incə an
Yaşa! Sonra hansısa maymaqla ''MayBach''da
Mənlə həyat ucuz, amma şərbət kimi, bax dadına
[Nəqərat: Del]
Yaxın dur...
Mənə tərəf atılan hər addım önəmli
Əlimə toxunma...
Biləyim əsir, nəbzim olur sənə görə sürətli

Yaxın dur...
Bulanıq baxışlar axır üstümə
Məni apar özünlə, dolanarıq sözünlə
Bir günün ərzində dəyiş dünyamı

Yaxın dur...
Mənə tərəf atılan hər addım önəmli
Əlimə toxunma...
Biləyim əsir, nəbzim olur sənə görə sürətli

Yaxın dur...
Bulanıq baxışlar axır üstümə
Məni apar özünlə, dolanarıq sözünlə
Bir günün ərzində dəyiş dünyamı