Orkhan Zeynalli
Doğma Mahnılar
[Bənd 1: Orkhan Zeynallı]
Yenə də sıxır şəhər hər yeni nəfəsiylə
Təəccübləndirir qoca yaşamaq həvəsiylə
Cizgilər niyə cavan qalsın, ruh qocalıbsa?
Həyatdan nə hədiyyə gözləyim, məndən borc alıbsa?

Bağlanıbsa üzümə qapılar, pəncərələr
Sevgilər qalır burada, tərk edir öncə illər
Sən zəng elədin, mən donub qaldım
Sən əlimi istədin, mən qanad çaldım

Ruh bədəndən bezir, adını “ölüm” qoyurlar
Gözünü açıb yumursan, adını “ömür” qoyurlar
Sənin zamanını xərcləyib sənlə vaxt keçirirlər
Həyatına daxil olub hələ bir şah seçilirlər

Dağılacaqmı arzular, əgər dağılsa dünya?
Yatmamışdan öncə danışılan nağılsa dünya
Oyanmaq istəmirəm, gəl qalaq duyğularda
Sevgini, xoşbəxtliyi gəl tapaq mahnılarda

[Nəqərat: Dilara Kazimova]
Hər səhər mən gözləyirəm
Bir buludtək ağlaram, haradasan?!
Bu həyatda sevgilərdən uzaqdayam mən
Mən sevirəm mahnılarda
[Bənd 2: Orkhan Zeynallı]
İllər keçsə də, sənə hisslərim eyni qalıb
Məni tərk etdiyin gündən bu günə sehir qalıb
Sənə yazılmış mahnılardan artıq özüm bezmişəm
Mahnılar həyatdırsa, gör nə qədər həyat gəzmişəm

Bu şəhər uzaqlaşır, artıq üfüqdən itir
Buradakı həyata çəkirəm xətt şəfəqdən iti
Qərb tərəfimdə qəlbdir, mən geridə qalmışam
Həyat davam edir, gedir, mənsə hələ də qalmışam

Suallar da artıq yox ki, səbəbkar sayılsın
Necə səs salım, hisslərimin bəlkə yarısı ayılsın?
Atdığım səhv addımların, kaş ki hər izi yayılsın
Geriyə dönsəm, bir gün yadıma düşməyəsən

Bir neçə söz, bir neçə not və gözəldir dünya
Bir neçə milyon insandan bezərdi dünya
Bir neçə sevdiyin insanla qal duyğularda
Yaxşı ki, başqa cürdür həyat doğma mahnılarda

[Nəqərat: Dilara Kazimova]
Hər səhər mən gözləyirəm
Bir buludtək ağlaram, haradasan?!
Bu həyatda sevgilərdən uzaqdayam mən
Mən sevirəm mahnılarda
Hər səhər mən gözləyirəm
Bir buludtək ağlaram, haradasan?!
Bu həyatda sevgilərdən uzaqdayam mən
Mən sevirəm mahnılarda