Orkhan Zeynalli
Oyun
[Bənd 1] [PRoMete]
Dünyaya sorğusuz gəldik
Sözlər ölkəsində qələm aldıq
Əllərimmi oldu günahkar bu yazılan sətirlərə görə
Yoxsa, beyin fikirləşdi?!
Çıxılmaz sualların dilemmasında azdıq

Bizə hər şey azdır, biz tamah övladları
Biz günah övladları, buz tutub ürəkləri!
Biz nə edə bilərdik ki, belə olmaması üçün?!
Hər şeyin başlanğıcı bizdən daha əvvəldir

Bizim qaranlığımız vardı, biz bu qaranlığı da yardıq ki
Bəlkə, Günəşi taparıq arxasında
Amma orda heç Ay da yox idi
İndi heç ümid də yoxdur
Əvvəlində bitdi oyunum, bizi aldadırmışlar

Anlayanda ancaq güldüm, həyatı ikiyə böldüm
Bundan sonrakı və bundan əvvəlki...
Yəni, inandığın, bir də soyuqluğun hakimiyyəti
Bəs, sevgi?
Sevgi də kimdədirsə, gizlədir...

[Nəqərat] [Ayka]
O, sənin içində, o, sənin üzündə
O, yerin üzündə, o, tək mümkün
O, güc dizində, o, gülüş hüzndə
Hər kəsin izində, tək bir düzgün
O, sənin içində, o, sənin üzündə
O, yerin üzündə, o, tək mümkün
O, güc dizində, o, gülüş hüzndə
Hər kəsin izində, tək bir düzgün

[Bənd 2] [AiD]
Danışmağa çox şey var, bu qədər ömür yaşayandan sonra
Başqalarının da yükünü beldə daşıyandan sonra
İçimdə peşmançılıq hissi yoxdur başladıq deyə
Ulduz etmək istəsəniz də, biz qalxmadıq göyə

Çox tərif yağdı, amma hansı içdən, hansı yalandan?
Seçmək olmur üstdən isti baxışı soyuq salamdan
İçimdə əminlik var, bilirəm, xoşdur gələcək
Əgər, nəyəsə layiqiksə, boşdur başqa hər gerçək

Sulanır indi hər dibçək, amma nə fayda?!
İçilən zəhərdirsə, yaşamaz insan hətta böyük sarayda
Bəsit insan çox sayda, öz planları ilə nəyisə arzulamaq
Bir qayda, həyat nə hayda, biz nə hayda?!

Nə qədər qəlb hələ də darda kömək gözləyir
İçimdə qorxu var ki, bəzən kömək əlimi gözlədir
Beyində suallar var ki, əsl həyat sorğusu
İçimdə ruh var, onun içində azad olmaq arzusu...
[Nəqərat] [Ayka]
O, sənin içində, o, sənin üzündə
O, yerin üzündə, o, tək mümkün
O, güc dizində, o, gülüş hüzndə
Hər kəsin izində, tək bir düzgün

O, sənin içində, o, sənin üzündə
O, yerin üzündə, o, tək mümkün
O, güc dizində, o, gülüş hüzndə
Hər kəsin izində, tək bir düzgün

[Skit]
[PRoMete]
Bizim qaranlığımız vardı, biz bu qaranlığı da yardıq ki
Bəlkə, Günəşi taparıq arxasında
Amma orda heç Ay da yox idi

[AiD]
Beyində suallar var ki, əsl həyat sorğusu
İçimdə ruh var, onun içində azad olmaq arzusu...

[Nəqərat] [Ayka]
O, sənin içində, o, sənin üzündə
O, yerin üzündə, o, tək mümkün
O, güc dizində, o, gülüş hüzndə
Hər kəsin izində, tək bir düzgün
O, sənin içində, o, sənin üzündə
O, yerin üzündə, o, tək mümkün
O, güc dizində, o, gülüş hüzndə
Hər kəsin izində, tək bir düzgün