Orkhan Zeynalli
40-cı Paralel
[Nəqərat: Röya Miriyeva]
Kaş gözlərdən axan yaş olaydın
Kaş getməyəydin, birgə yaşlanardıq
Son kəs bu döngələr səni səslər
Gəl, gözləyərəm
Gözləyərəm
Gözləyərəm

[Bənd 1: Orkhan Zeynalli]
Qəribəsən, Bakı, ürəyi olmayanlar
İtirilmiş sevgidən yazır (nə isə)
Sonuncu qum dənəsi düşmədən yerə xəyala gedən yolda
Gələcəyi üçün insan keçmişini körpüdən atır

Bir gün ölkədən qaçıb azmaq idi arzum
Elə bilmə, səni yaddaşdan pozmaq idi arzum
Artıq donub əlləri, güclə dayanıb ''Jack''
İstəmədim, batan gəmidə çalım violonçel

Ömrü bizim ömrümüzdən uzun bəstələrim var
Dərinlikdən qaça bilməzsən qayıqla ancaq
Zaman tunelində ilişib qalanlara pis xəbərim var!
Geriyə baxmadan qaçın, uşaqlıq qayıtmayacaq

‘’Həyat gedir’’ dediyin anda birdən vaxt sancar
Üzünə baxıb deyər - keçir ömür, böyüyürsən, qocalırsan
Dinlə bu gecə təkcə məni
Elə bil ki, məndən mənim xoşbəxtliyimi borc alırsan
[Nəqərat: Röya Miriyeva]
Kaş gözlərdən axan yaş olaydın
Kaş getməyəydin, birgə yaşlanardıq
Son kəs bu döngələr səni səslər
Gəl, gözləyərəm
Gözləyərəm
Gözləyərəm

Kaş gözlərdən axan yaş olaydın
Kaş getməyəydin, birgə yaşlanardıq
Son kəs bu döngələr səni səslər
Gəl, gözləyərəm
Gözləyərəm
Gözləyərəm

[Bənd 2: Orkhan Zeynalli]
Heç vaxt təkrar oxumayacağım sevimli kitabtək
Qalacan rəflərdə, özünəməxsus yerdə
Özünəməxsus tərzdə, hərdən yada salıb
Bakı, sənin xislətin bizi bir-birimizə baha satır

Xatirəsi ağ-qara şəkillər olan son nəsil bizik
"Happy End"lə bitməyən hər bir son əzir bizi
Çox əsib dizim, amma ki qaçdıqca yollar artır
Dünən qibləmiz manat idi, bu gün dollar artıq
Mən səni tərk etmədim (yox, yox), seçim etdim
Artıq illərdir ki, bu yarımadada həyat dustaq
Vermir nə ömür sınaqlar, nə də ki tale dostlar
Getmir "Səməd Vurğun"a prospektdən trolleybuslar

Bəlkə də, dəyişəcək nə vaxtsa pasportumun rəngi
Doğum yeri qalır eyni, necə gözlərimin rəngi
Yollarını əzbər bilsən də, yolunu azdıran şəhər
Mənə, məni "mən" etmiş mahnılarımı yazdıran şəhər

[Nəqərat: Röya Miriyeva]
Kaş gözlərdən axan yaş olaydın
Kaş getməyəydin, birgə yaşlanardıq
Son kəs bu döngələr səni səslər
Gəl, gözləyərəm
Gözləyərəm
Gözləyərəm

Kaş gözlərdən axan yaş olaydın
Kaş getməyəydin, birgə yaşlanardıq
Son kəs bu döngələr səni səslər
Gəl, gözləyərəm
Gözləyərəm
Gözləyərəm