Orkhan Zeynalli
Dəyişir Həyat
[Bənd 1: Orkhan Zeynalli]
Bir gün itsəm, neçə gün sonra yada düşərəm
Bir az darıxandan sonra unutsan, başa düşərəm
Nə vaxtsa üzdə gülüş idim, artıq gəzən şərəm
Nə vaxtsa dayaq olduqlarıma artıq çürümüş ələm

Ətraf sıxdıqca sıxılmaq sətirlərə
Dizini qucaqlamaq belə artıq çətin gələr
Artıq o yaş deyil ki, söykənəsən valideynlərə
Artıq inam da yox sən tərk edəndə qal deyənlərə

Sadə olduqca hörmət azalır - kimi paradokslar
Amma ən tez mən qaçdım düşəndə dara dostlar
Elə bil yox ürək ki, hələ bir onu qırmaq olsun
Ölümlə üz-üzə deyiləm, arzum sağ qalmaq olsun

Hərə bir tərəfdən sıxır, sanki sabah bitir
Ömür, sanki bir işıq idim hansı ki, artıq gözdən itir
Sönür, elə bil həyatın mənə olan planları tükənmək üzrə
Yəqin ki, birinci yerəm hər kəsə güvənmək üzrə

[Nəqərat: Gültəkin]
Dəyişir səni həyat
Azalır sənə maraq
Haradadır axı dünənlər?
Dəyişir sənin üzünə gülənlər
Dəyişir səni həyat
Azalır sənə maraq
Haradadır axı dünənlər?
Dəyişir sənin üzünə gülənlər

[Bənd 2: Orkhan Zeynalli]
Hərdən boğulmaq topuğa qədər su olan yerdə
Səhvən doğulmaq azadlıq qorxusu olan yerdə
Hərdən danışmaq dərdini susan vərəqə
Gəl həyatı həyatdan tez tərk edək, bu son dəqiqə!

Sən zamana inanırsan yaraları sağaldar deyə
İllər sevgilitək gedir - yalandan “qayıdacam” deyir
Sən sanma, qarın tox olsa, dərd azalar deyə
Diqqətlə qulaq as, necə ruhun bağırır “acam” deyə

Vicdanı təmiz saxlamaq, cəmiyyət qarşısında
Nəyə lazım? Çirkli qəlbə yem bol, daşısın da!
Tək qalıb ağlayanlar həqiqət qarşısında
Yalandan gülür, xoşbəxt olur '’Brandwall'' qarşısında

Artıq qələmdən mürəkkəb əvəzinə çirkab çıxır
Beynimdə qan əvəzi vəhşi balıqlar üzür
Həyatım cəngəllikdir, bacarsan, gir, tap cığır
Görəsən, neçə nəfər indi şərəfimə şərab süzür?!
[Nəqərat: Gültəkin]
Dəyişir səni həyat
Azalır sənə maraq
Haradadır axı dünənlər?
Dəyişir sənin üzünə gülənlər

Dəyişir səni həyat
Azalır sənə maraq
Haradadır axı dünənlər?
Dəyişir sənin üzünə gülənlər

Dəyişir səni həyat
Azalır sənə maraq
Haradadır axı dünənlər?
Dəyişir sənin üzünə gülənlər

Dəyişir səni həyat
Azalır sənə maraq
Haradadır axı dünənlər?
Dəyişir sənin üzünə gülənlər