Pəncərə (Son Ümid)

[Bənd 1]
Bu da yollar ayrıcı
Bir payızdır bir də mən
Hara gedib bu adamlar?
Düşdüm ömrün ətəyindən

Bu da yollar ayrıcı
Bir payızdır bir də mən
Hara gedib bu adamlar?
Düşdüm ömrün ətəyindən

[Keçid]
Əl məndən, ətək illərdən
Ha tutdum, əlim sürüşdü
Yağışda islanan duam
Göz yaşımla görüşdü

Əl məndən ətək illərdən
Ha tutdum əlim sürüşdü
Yağışda islanan duam
Göz yaşımla görüşdü

[Nəqərat]
Pəncərədə donub qalan
Göz haraylar, yol haraylar
Payıza qoşulub gedəcəm
Darıxacaq doğmalar, doğmalar
[Bənd 2]
Darıxacaq dəniz, şəhər
Darıxacaq qapım-bacam
Yağış olub damlalarda
Pəncərəmlə danışacam

Darıxacaq dəniz, şəhər
Darıxacaq qapım-bacam
Yağış olub damlalarda
Pəncərəmlə danışacam

[Keçid]
Kimdir mənsiz hönkürən?
Hər yan şehə bələndi
Son ümiddən yol açılsa
Ayrılıqlar çəkiləndir

Kimdir mənsiz hönkürən?
Hər yan şehə bələndi
Son ümiddən yol açılsa
Ayrılıqlar çəkiləndir

[Nəqərat]
Pəncərədə donub qalan
Göz haraylar, yol haraylar
Payıza qoşulub gedəcəm
Darıxacaq doğmalar
[Keçid]
Kimdir mənsiz hönkürən?
Hər yan şehə bələndi
Son ümiddən yol açılsa
Ayrılıqlar çəkiləndir

Kimdir mənsiz hönkürən?
Hər yan şehə bələndi
Son ümiddən yol açılsa
Ayrılıqlar çəkiləndir

[Nəqərat]
Pəncərəmdə donub qalan
Göz haraylar, yol haraylar
Payıza qoşulub gedəcəm
Darıxacaq doğmalar