[Bənd 1]
Alagöz Zibeydə, sən qəşəngsən, qəşəng
Həsrətin qəlbimi yandırır, ey mələk
Alagöz Zibeydə, sən qəşəngsən qəşəng
Həsrətin qəlbimi yandırır, ey mələk

Sənin mən hicrinə dözmərəm
Səndən mən əlimi üzmərəm

[Nəqərat]
Alagöz, şirinsöz Zibeydə, gəl mənə, yalvarıram
Dərdindən heyvatək saraldım, gəl mənə, yalvarıram

[Bənd 2]
Yaz gəlib, hər yanda açmışdır gül çəmən
Bənövşətək boynum əyilmişdir qəmdən

Zibeydə...
Zibeydə...