Sənubərim

[Bənd 1]

Mənim özgə bir aləmim çağım var
Hicran nədir yanımda sevgilim var
Qara gözlü badamı öldürəcək adamı
Mehribanım mələyim alım sənin qadanı

[Nəqərat 1]

Səlvi sənubərim mənim qoy dolanım başına
Nəğmə deyim dodağına kipriyinə qaşına

[Bənd 2]

Mən bülbüləm ötən şirin dilim var
Hər il təzə nübar verən bağım var
Bir bağbanam təzə qönçə gülüm var
Sənin kimi qədir bilən yarım var

[Nəqərat 2]

Səlvi sənubərim mənim qoy dolanım başına
Nəğmə deyim dodağına kipriyinə qaşına

[Bənd 3]
Qara gözlü badamı öldürəcək adamı
Mehribanım mələyim alım sənin qadanı


[Nəqərat 3]

Səlvi sənubərim mənim qoy dolanım başına
Nəğmə deyim dodağına kipriyinə qaşına