[Bənd 1]
Tarixlər pozar beyin, qələmim yazar deyim
Mən sanki Səttarxan, inqilabım uzaq deyil
Dinləyir Quzey məni, dinləsin Güney
Qara çovğunam, yenə həmin külək
Mən ‘’Hemingway’’, səliqəsiz sətirlərim
Elə bir ‘’parfumier’’əm ki, bahalıdır ətirlərim
Yağışda çətirlərim mənim qat-qat
Öz cəddim Oğuz, vətənim Qafqaz
Mən Kafka, sadiqəm Milenama
Gözüm tox, ruhum azadlıq dilənir amma
Mən Vahid, 10 il boğsalar səsimi
Həqiqətləri yazıb verəcəm nəfəsimi
Mən Nəsimi, hər dövrüm qəddar
Kafir kimi tanıyıb dərimi soydular hətta
Qoydular hətta məmləkətin adını xaos
Mən sanki Okaber, ‘’MadHouse’’
[Nəqərat]
Aləm fəryad qoparar dağılsa dünya
Hamı bir də başdan desin
Ya Rəbb! Bir də bağışla günahımızı
Bir də tövbə və yenə günah
Aləm fəryad qoparar dağılsa dünya
Hamı bir də başdan desin
Ya Rəbb! Bir də bağışla günahımızı
Bir də tövbə və yenə günah
[Bənd 2]
Mən sanki Adolf Hitler, 4-cü Reyxəm mən
Kafirlər dəyişmir, gəlsə də peyğəmbər
Vursa da müşk-ənbər, desə ki, şeyxəm mən
Mahatma Qandi mistik görsənir seyidimdən
Danışır hədisdən, pay alır hər ‘’diss’’dən
Qandinin başına and içir hələ də Hindistan
Mən sanki Çingizxan, dövrümdə yox İslam
Tanrıya inanıram, əlbət, fərqliyəm buddistdən
Yaranar Türküstan, canavar, qurd bizdən
Üzümə vura bilməmisən hələ ki, vur dizdən
İyrəndim mən sizdən, yaltaq deyiləm mən
Mən sanki Adolf Hitler, 4-cü Reyxəm mən
Ruhuma deyirəm mən "Bədənimə verdiyi işgəncə"
Dövrdə Qəmlo - mən, Əli Xəyyam - Kefli İsgəndər
Yazılarım haqqında demişdi Nostradamus
Mən Okaber, ‘’MadHouse’’
[Nəqərat]
Aləm fəryad qoparar dağılsa dünya
Hamı bir də başdan desin
Ya Rəbb! Bir də bağışla günahımızı
Bir də tövbə və yenə günah
Aləm fəryad qoparar dağılsa dünya
Hamı bir də başdan desin
Ya Rəbb! Bir də bağışla günahımızı
Bir də tövbə və yenə günah