Okaber
Pianoçu
Intro:
Memuarın başlığı sevinc, sonu kədər
Başlıqsız sətirlər ölümdən betər

Verse 1:
Onun otağı bəzədilib antik əşyalarla
Bu əşyaları dəyişməzdi o dünyalarla

Divarda patent əsərlər hər dövürə dair
Da Vinçi, Mikelangelo, Pikasso və sair

Poetik şair kitabları düzülüb rəflərə
Necə ki, notlar səliqəylə düzülüb dəftərə

Bu ponarama, onun kiçik qalereyası
Burda səslənirdi pianoçunun hər ideyası

Otaqdakı pianinosu nostalji xatirə
Sanki səsləyir onu, yenə də şah əsər yarat

Həyatı aristokrat, özü pozitiv personaj
Me-motiv... otaqdakı peysaj

Pianinonun üstünə lampa, tavanda plafon major
Primula, balaca fon, köhnə qramafon
Qırağa düzülmüş ballar, stend tablolar
Rəsimlər... memoriallar

Beethoven, Lis, Чайковский, Mozart, Bizet
Jan Etyen Liotar'ın "Şokolad" paylayan qızı

Bu patent rəsmlər, Ron meliment anlar
Onun ömrünə rəng qatan, orden və medallar

Melodramik həyatı prestiji, prespektivi
Maestronun musiqi haqqında intuitivi

Məhşur pianoçunun əlindən neçə not süzülüb
Minlərlə əsər əlində can verib, ölüb

Sevimli pioninosu, klassik üslubda mebel
Stolun üstündə karandaş, vərəqlər, portfel

Çoxdan soyumuş qəlyan və bir qutu siqar
Və həyatını əks etdirən maraqlı memuar...

Keçid:
Memuarın başlığı sevinc, sonu kədər
Başlıqsız sətirlər ölümdən betər

2. Verse:
Onun otağında sanki görünür mimikası
Sanki hələ də eşidilir klassik lirikası
Həyatından epizodlar memuarında
İfalar və notlar repertuarında

Maestronun çəkdiyi həyat mənzərəsi
Göz qırpımı kimi örtülən həyat pəncərəsi

Musiqi təntənəsi, psixo notlar yayılır
Harmoniyanın ahəngindən bəşəriyyət ayılır

Qəlbləri fəth edən jest və musiqi
Pianinoya olan sonsuz dərəcə sevgi

Tamamlayıcı smokinq, aristokrat baxışlar
Hər ifanın sonunda zalı titrədən alqışlar

Tokkata "K Elize", 24-cü kapriz
Hər bir dinləyici ürəyində, dərin hiss

Və pianoçu ölməz sənətiylə yaşayır
Hər bir not bu ağırlığı daşıyır

Yox cinmi, ruhu do, re, mi , fa, sol, lya-da
O sevirdi, amma yox olub "İzolda"

Bütün həyatı sanki dövr eləyir otaqda
"Tristan İzolda" , son sözü yataqda
Outro:
Memuarın başlığı sevinc, sonu kədər
Başlıqsız sətirlər ölümdən betər

Yenə də səhnələr, pianoçu populyardı
Amma ona qalan bir otaq, bir də memuardı }2