Okaber
Mərasim (From ”Naxox”)
[Bənd 1]
Həyatı cənnət sayanlara ölüm cəhənnəmdi
Ölüm fast-food, xərçəng ya da sətəlcəmdi
Ölüm ulduz xəstəliyi və ya plastik əməliyyatdı
Həyat '37, renesans ya da klassik ədəbiyyatdı
Bura lövbəri salanlar üçün növbədi
Mənim üçün kişi kimi söz vermək elə tövbədi
Kimsə gedir şəxsiyyət olur, kim isə gəlir olur
Dəli-dolu həyatınızın içində dəli dolu
Karabin kimi qafiyələr ruha toxuna ya da vura cin kimi
Zirzəmidən yol axtarıram qaranlıq otaqlara
Nağılları kabus elədim qırmızı papaqlara
Saman altından yeriyən həmin suyu kəs
Ölüm intihar ola bilər ya da sui-qəsd
Deyilərsə içmə, deyil bu badə rəva
Geyinərsə nə badə, məbada, məba..
Mərhaba, ətrafa səs yayıldı
Məclisdə xaç atası, sən, bir də Əzrayıldı
Daimi əzablar içində vətən xaini
Xarabada diz çöküb oxuyar sonuncu ayini
Ciyərlərinə tüstü dolar
Qadının kişidən yalnız əxlaqı üstün olar
Okaberin mətni cinayət, sətri qandı
Sarkazm, kinayə və ya qətliyamdı
Mənə gələn hər fikir, təbimdən düzülər mətnlərə
Qəlbimdən süzülər sətirlərə, gətir mənə!
Ən odlu silahı gətir mənə!
Cümlələr mərmidi, elə bil ətraf dərmə-deşik
Sözlərimə qulaq as, Adəm almanı dərmə eşit!
6 nəfər 70-lərdən şahiddi hərivə 5-i
Kəlmə eşir beyinləri, karabin zərbə deşir
Laxladı qəlpələrim, rəqiblər nakautda
Tanıyan bilir məni MadHouse'dan, RapOut'dan
Vuraraq son akkordları ölümün gözünə baxın
İnsan ölümə yaxın olanda ruhu önünə axır