Okaber
Xatirə (İthaf)
[Bənd 1]
Duysan ürəyimin harayını
Bəlkə qayıdarıq o illərə
Birgə neçə küçələrdə qaçdıq
Neçə sabahları açdıq
Bilsən, necə darıxmışam

Tənha qalıb Bakı küləkləri
Hərdən xatirələr boğar məni
Bizdən nə qalacaq ki geriyə?
Unutmaq olmur, de niyə?
Sənsiz bu ömrü neynirəm?

[Nəqərat]
Güllər solar, ətri qalar əllərimizdə
Nəğmə gedər, sətri qalar dillərimizdə
Soyuq məzar, təklik qalar
İnsan ölər, şəkli qalar
Amma şəkilləri olmur qucaqlamaq

Güllər solar, ətri qalar əllərimizdə
Nəğmə gedər, sətri qalar dillərimizdə
Soyuq məzar, təklik qalar
İnsan ölər, şəkli qalar
Amma şəkilləri olmur qucaqlamaq
[Bənd 2]
Səndən geriyə qalmadı heç nə
Təkcə xatirələr, yaşananlar
Ağrı verər sənə bənzəyənlər
Ömrümü hər bəzəyəndən
Səni olmaz əvəz edən

Tanrı, sən qucaqla onu bərkdən
Səndən başqası yoxdur ürəkdə
Dostlar ağlayar gizlincə yenə
Yerin çox görsənir deyə
Yaxşı insanlar tez gedər

[Nəqərat]
Güllər solar, ətri qalar əllərimizdə
Nəğmə gedər, sətri qalar dillərimizdə
Soyuq məzar, təklik qalar
İnsan ölər, şəkli qalar
Amma şəkilləri olmur qucaqlamaq

Güllər solar, ətri qalar əllərimizdə
Nəğmə gedər, sətri qalar dillərimizdə
Soyuq məzar, təklik qalar
İnsan ölər, şəkli qalar
Amma şəkilləri olmur qucaqlamaq