Okaber
Törə
Mən sənin varlığına o qədər alışmışam ki
Heç yoxluğunda bu qədər yanıb alışmamışdım
(Sənsiz) Saçlarına boğulub batıb elə qarışmışam ki
Heç bəni-adəm çürüyüb torpağa belə qarışmamışdı
Laxta qanların əvəzinə saxta qanlar
İllərin bəd xəbəri səbrimi dartıb geniş
Və sənə varmaq üçün başqa yollar axtaranda
Ozan Arif "başqa yol yox artıq" demiş
(Başqa yol yox artıq)
Sən əzbərimdəsən, mənim adım kimisən!
İlk baxışdan sevdiyim qadın kimisən!
Sən ölüm kimi, sən yaşam kimisən!
Əbədi xilaskar — Nuru Paşam kimisən!
Düz eliyib də ayırdıq düzü yüz eyibdən
Necə ki həmin dağlar ilham alır Üzeyirdən
Azan səsinə açılıb nəfəsi minarənin
Şahidi müharibənin, afərin, Xüdafərin

Mənim ruhum o dağlara qanadlanar
Mən xəzinəmə görə narahat Cavad xanam
Necə ki cana bəsrət taxt-tacına şah Qacarın
Axtarıb tapdıracaq, tapdayacaq, saplayacaq
(Dibinə kimi)
Gözəlliyinin aşiqiyəm, dünyaya səs salıram
Şəhriyarın "qasid"iyəm, Müşfiqin "rəssam"ıyam
Qafiyəm misri, sətrim ozan mizrabıdı
Yezidin dəstəmaz almağı belə, su israfıdı
Boz Qurd səni elə sevmişdi, Tatar qızı
Heç Timuçin Börtəni belə sevməmişdi
Perronda qarşıladıq birinci qatarımızı
(Növbəti stansiya Xankəndi)
Yəni ev demişdik