Okaber
İnsan Dedilər (Explicit)
[Giriş]
Müharibə davam edir
Okaber
‘’Madhouse’’
Müharibə davam edir

[Bənd 1]
Bu oyunların sonuna udan-uduzan dedilər
Yazdığımız sətirlərə güldülər, asan dedilər
İllərlə baş kəsib, qan içib doymayan bəşəriyyət
Allahu-Əkbər deyib oxunsun Azan, dedilər

Öz əsərlərində yaşayanlar ölmür, yazıb dahilər
Unudulduğumuz yerlərə ‘’Fəxri xiyaban’’ dedilər
Yelkənsiz gəmiləri sahibsiz buraxan sahillər
Boğulan insan görüb qoy ölsün nadan, dedilər

Qadının fəryadı göylərə sovrulan bəşəriyyətdə
Belədir qanun, buyurub Quran, dedilər
‘’İnsanları niyə bədbəxt elədiz?’’ soruşanda
Bizlərdə nə şərəf var, nə də vicdan, dedilər

Küçədə yatanların ağrı, əzabı gözəgörünməz
Sökülən daxma yerinə tökülür fontan, dedilər
Dedilər, şəhidlər ölməz, guya ki vətən bölünməz
Satılan torpaqların şərəfinə şampan dedilər
[Nəqərat]
Müharibə davam etsə, tökülər qan, dedilər
Bizə vacib həyatda pul, bir də can, dedilər
Bəs vətən, şəhidlər, itirilən torpaqlar?
Bilmirik, nə qədər itirib Azərbaycan, dedilər

Müharibə davam etsə, tökülər qan, dedilər
Bizə vacib həyatda pul, bir də can, dedilər
Bəs vətən, şəhidlər, itirilən torpaqlar?
Bilmirik, nə qədər itirib Azərbaycan, dedilər

[Bənd 2]
Mətnimə yaşadan, sətrimə dərman dedilər
Sinəmə orden taxıb qətlimə fərman dedilər
Qəlbdə bağırırdım, üzdə it kimi hürürdüm
Sən hür, yavaş-yavaş gedir karvan, dedilər

Analarımın tapdalanmış haqları unuduldu
Xaşxana fahişələrinə şöhrət ilə şan dedilər
Şuşada Xarıbülbül solub quruduldu
Günahkar biz deyilik, rus və Köçəryan, dedilər

Benzin bahalaşmasaydı, özümüzü yandırardıq
Benzin nəyinə gərəkdir? Elə belə yan, dedilər
Biz qansaydıq, hamını qandırardıq
Niyə bizə nökər, özlərinə xan dedilər?
Batdıqca batırıq günah ümmanında
Ölün, batın qalın, lüt-üryan dedilər
Okabеrəm, yığışdıq canavar ünvanında
‘’Nədir canavar, hansı ünvan?’’ dedilər

[Nəqərat]
Müharibə davam etsə, tökülər qan, dedilər
Bizə vacib həyatda pul, bir də can, dеdilər
Bəs vətən, şəhidlər, itirilən torpaqlar?
Bilmirik, nə qədər itirib Azərbaycan, dedilər

Müharibə davam etsə, tökülər qan, dedilər
Bizə vacib həyatda pul, bir də can, dedilər
Bəs vətən, şəhidlər, itirilən torpaqlar?
Bilmirik, nə qədər itirib Azərbaycan, dedilər

[Çıxış]
Bir söz de mənə, Nəsimi
Vəsf elə məni, şair
Vəsf zamanı deyil, Afət
Hörmət edin, yalvararam

Səni bu hüsnü-camalı
Bu kamal ilə görüb
Qorxdular həqq deməyə
Döndülər, insan dedilər