[Bənd 1]
Dözülməz ağrı kimidir insan izdihamı
Xiyabanlara köçən dahilər indi hanı?
Ölü evdən səhnələr, iblisin intiqamı
Xarabadan qeydlər və mən xəbərsizəm
Nə qədər düzünü yazsan da, tarixə alınmır
Buralarda güllələnmə təxirə salınmır
Qalın tarix kitablarından da iyrənirəm
Onlar bizi iynələyirlər, mən xəbərsizəm
Hər inqilabdan sonra adı dəyişən parkam mən
Ortada qalan mən, azalan-artan mən
Tarixə düşmüşəm, sən coğrafi əraziyə
Daş qoydun tərəziyə, mən xəbərsizəm
Düşüncə ölüb, pis günə düşüncə ölüb
Bədənlər gördüm ki mən, illər öncə ölüb
Ruhlarını görə bilmədim, amma, məncə, ölüb
Bilmirəm, səncə, ölüb, çünki mən xəbərsizəm
[Bənd 2]
Üzümü çevirim sizə, yağdırın tərifləri
Ədəbiyyatda biz bu dövrün ədibləri
Sarkazma düzmüşəm burada hərifləri
Bilmirəm, nədir tələbləri, mən xəbərsizəm
Öldürə bilər məni həsrət, bir də gümüş güllə
O bəstələdi, mən də yazdım 5-10 cümlə
Deməli, bu oyunlarda sən önəmli deyilsən
Bəlkə də, nəsə deyirsən, mən xəbərsizəm
Yenə də oxuyar mollanız xütbələr
Sırtılan sifətlər bir az da ütülənər
Tanrını unudanların inamı bütlərə
Kim necə harada lütlənər, mən xəbərsizəm
Hər ötənə yar olan gəlir vətənə dar
Və əxlaqsızda belə bir ənənə var
Soyunur, geyinir, əşi, sənə nə var?
Ya da ki mənə nə var? Mən xəbərsizəm
[Bənd 3]
Fərasət axtarırdılar, tapıldı özümüzdə
Ya bizlə çiyin-çiyinəsən, yada ki önümüzdə
Gizli yaşayanlar da var, ölüb üzdə
Eşitdin, sözü gizlət, mən xəbərsizəm
Siz Allahlaşdıranda tiranları
Axtarırdım, dövrümdə tapdım fironları
Və göylərə qalxanda fəryadı girovların
Hara atıb tilovlarını? Mən xəbərsizəm
Nə udmağın bilindi, nə də uduzmağın
Danışmağından da qiymətlidir susmağın
Deyəsən, unutmusan, kimdir ustadın
Nələr çəkir dustağın, mən xəbərsizəm
İyrənc görsənir, saxtadırsa hörmətin
Cənnətin divarlarına bir kərpic hörmədin
Nə yaşamadım mən, nə də ölmədim
Danışmadım, eşitmədim, görmədim, xəbərsizəm