Bəs Neyləyim lyrics

İzzət Bağırov

[Bənd 1]
Bəs mən indi neyləyim?
Səni son ümid bilirdim
Bəs mən indi neyləyim?
“Heç ayrılmarıq” deyirdin

Biçarə sorağındayam
Uçurum qırağındayam mən

Bəs mən indi neyləyim?
Nələr-nələr söz verirdin
Bəs mən indi neyləyim?
“Sevirəm səni” deyirdin

Dərd karvanlı köç olmuşam
Aldanmışam, heç olmuşam mən

[Nəqərat]
Getdin, gedişin sonsuz oldu
Sən gedəli zaman durdu
O gün, bu gün, yaşadığım
Hər anın heç mənası yox

Güldün, gülüşün saxta imiş
Hər baxışın yalan imiş
Mənim bu çarəsiz günümdə
Təkcə sənin günahın çox

Yanıram aman, aman, aman
Günahkar zaman
Aldanmışam, peşmanam
Tək qalmışam, tənhayam, inan

Yanıram aman, aman, aman
Günahkar zaman
Aldanmışam, peşmanam
Tək qalmışam, tənhayam, inan

[Bənd 2]
Bəs o sən deyildinmi?
Deyirdin “Sevirəm səni”
Bəs o sən deyildinmi?
Qısqanırdın hər kəlməmi

Ah çəkməkdən yorulmuşam
Hər bir kəsə kor olmuşam mən

Soranlara bəs nə deyim?
“O insafsızın biri idi”?
Bəs axı de neyləyim?
“Aldatdın məni” deyimmi?

Sözsüz, cavabsız qalmışam
Suallara kar olmuşam mən

[Nəqərat]
Getdin, gedişin sonsuz oldu
Sən gedəli zaman durdu
O gün, bu gün, yaşadığım
Hər anın heç mənası yox

Güldün, gülüşün saxta imiş
Hər baxışın yalan imiş
Mənim bu çarəsiz günümdə
Təkcə sənin günahın çox

Yanıram aman, aman, aman
Günahkar zaman
Aldanmışam, peşmanam
Tək qalmışam, tənhayam, inan

Yanıram aman, aman, aman
Günahkar zaman
Aldanmışam, peşmanam
Tək qalmışam, tənhayam, inan

Yanıram aman, aman, aman
Günahkar zaman
Aldanmışam, peşmanam
Tək qalmışam, tənhayam, inan

Think your friends would be interested? Share this lyrics!

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #

Contact Us DMCA Policy Privacy Policy
Copyright © 2013-2021 Lyrics.lol